SENET.AZ

“Dorinin axtarışında” animasiya filminin yeni treyleri- VİDEO

21 Baxış

Dorinin axtarışındaPixar studiyası “Dorinin axtarışında” animasiya filminin yeni treylerini təqdim edib. Cizgi filmi “Nemonun axtarışında” hekayəsinin davamıdır.

Animasiya filmində diqqət mərkəzində bundan öncə ikinci dərəcəli personaj olan göy balıq Doridir. Buro 247-nin məlumatına görə, orijinal versiyada Dorini amerikalı teleaparıcı Ellen Deceneres səsləndirir. Unutqan cərrah-balıq Dori öz doğmalarını tapmaq istəyir və təsadüfən öz evindən çox uzaqlara üzür. Dorinin etibarlı dostları – kloun-balıqlar Marlin və Nemo onu axtarmağa yola düşürlər. İzləyicilər aralarında osminoq, ağ balina və hətta dəniz şirlərinin olduğu yeni personajlarla tanış olacaqlar. Bundan əlavə, Dorinin valideynləri hekayəsinin üstü açılacaq.

“Dorinin axtarışında” filmi 2016-cı ilin iyununda prokata çıxacaq. Rejissorlar Endryu Stenton və Enqus Makleyndir.