“Dostoyevskinin iti” və günümüz

33 Baxış

Dostoevsky_1872

İnsan münasibətləri qarışıqdır.

Onu anlamaq və çıxış yolu tapmaq çox çətindir.

İnsanları anlamaq, başa düşmək çox çətindir.

Bəzən isə, ümumiyyətlə mümkün deyil.

İnsanın bir başqasını deyil , özünü belə  tanıması çox uzun bir prosesdir.

Ancaq buna baxmayaraq, bir çox insan özünü və digər insanları tanımaqda çətinlik çəkdiyini və ya əksinə asanlıqla tanıdığını iddia edər. Bu iddia, əslində, şəxsə özündən qaçışdan başqa bir şey verməz.

Bir yığıncaqda yüksək səslə oxuduğu şeirə görə çar tərəfindən həbs edilərək Sibirə göndərilən rus yazıçısı Dostoyevski, həps müddəti qurtarandan sonra xatirlərini yazdığı “Ölü evdən qeydlər” başlıqlı bir kitab yazır.

Kitabda yazıçı, burdakı həyatından əvvəlcə xalqı, insanları tanıdığını düşündüyünü, ancaq yanıldığını burda anladığını qeyd edir. Yazıçı, “qara camaat” olaraq adlandırdığı bu kütləylə qarşılaşdıqdan sonra, insanları tanımağa və onların daxili aləminə səyahət etməyə başlayır. Bu kitab, yazıçının birbaşa öz həyatından xatirələr və izləri əhatə etdiyindən oxucu üçün də son dərəcə əhəmiyyətlidir. Dostoyevski, Sibirin dərinliklərinə enmiş və özünü tanımağa başlamışdır.

Pavlovun bir məhşur iti var idi… Pavlov, it üzərində bir təcrübəni sınaqdan keçirir. Dostoyevski də həpisxanadakı bir itlə, insan münasibətlərinə dair bir araşdırma aparır. Yazıçının bu sınaqlarında rastlaşdığı çox qəribə hadisələr var. Əvvəlcə, həpsxanadakı bir itin yanından keçən hər məhkum tərəfindən təpikləndiyini görür. Əslində, burda qəribə olan isə itin bu əziyyətlər qarşısında məhkumlardan qaçmaması və yanına bir məhkum yaxınlaşanda əyilərək təpik zərbəsini almağa hazırlaşmasıdır. O, bir gün itin yanına yaxınlaşaraq onun başını tumarlayır. İt əvvəlcə heyrətlə yazıçıya baxır. Sonra isə sürətlə qaçıb uzaqlaşır və hürməyə başlayır. Və ən qəribəsi sürgün boyunca həmin it yazıçını görər-görməz qaçıb uzaqlaşar, məhbuslara yalmansa da, Dostoyevskiyə hürərmiş.

* * *

Burdan gəlinən nəticə odur ki, ruhu kölələşdirilmiş itin sevgiyə ehtiyacı var. Bu nümunə insanlar üçün keçərlidir. Həyatları boyunca haqsızlığa və pis davranışlara məruz qalmış sevgidən yoxsul olanlar, yaxşı bir davranış ilə qarşılaşanda necə davranacaqlarını bilmirlər. Əlinizi verəndə, qolunuzu qoparda bilərlər.

* * *

Kölələr onları alçaldan, işgəncə verən ağalarına sadiq olduqları halda, onları sevən, azadlığa qovuşdurmağa çalışanlara qarşı amansızdır. Sevginin cəzası çox ağırdır. Əzilənlər, alçaldılanlar sevgini, səmimiyyəti cəzasız qoymurlar. Gözünüzü yumub düşünün; ətrafınızda “Dostoyevskinin iti”nə bənzər yüzlərlə insan xatırlayacaqsınız.

* * *

Hamımız bir cəhətdən “Dostoyevskinin iti”nə bənzəyirik. Gerçək sevgiyə yetərincə dəyər vermir, sevgimizi göstərə bilmirik. Bizə sevgi göstərənlərə isə kobudluq edib onları özümüzdən uzaqlaşdırırıq. Gerçək sevgimizi ifadə etmək üçün daha çox sevgiylə qarşılıq verəndə özümüzə bir az daha yaxınlaşmış hiss edirik.