Dövlət Filarmoniyasında gənc bəstəkarların əsərləri səslənəcək

8 Baxış

1483407980896738767_1000x669

Yanvarın 31-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında gənc bəstəkarlar konsert proqramı ilə çıxış edəcəklər.

Senet.az  xəbər verir ki, konsert proqramı “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Müxtəlif ali və orta ixtisas musiqi məktəblərindən olan gənc ifaçıların qatılacağı konsertdə yalnız gənc azərbaycanlı bəstəkarların musiqi əsərləri səsləndiriləcək.

KÖŞƏ YAZARLARI
TOP 10