Dövlət Filarmoniyasında “Muğam gecəsi” keçiriləcək

24 Baxış

1483407980896738767_1000x669

Yanvarın 16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tamaşaçılara “Muğam gecəsi” adlı konsert proqramı təqdim olunacaq.

Filarmoniyadan Senet.az-a bildirilib ki, musiqili gecə Azərbaycan televiziyasının “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Gecədə istedadlı gənc ifaçılar AzTV-nin Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamlarımızla yanaşı, xalq və bəstəkar mahnılarını da səsləndirəcəklər.

Ansamblın bədii rəhbəri tanınmış dirijor Adil Bağırovdur.

KÖŞƏ YAZARLARI
TOP 10