Dövlət Pantomima Teatrında “Dejavü”

33 Baxış

7SypHJU8

Azərbaycan Dövlət Pantomima Teatrı noyabrın 9-da “Dejavü” adlı tamaşasını teatrsevərlər üçün təqdim edəcək.

Teatrdan Senet.az-a bildirilib ki, tamaşanın müəllifləri teatrın gənc aktyorları Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir.

Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər.

İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar artist Elman Rəfiyevdir.

Qeyd edək ki, səhnə əsəri kişi və qadın mövzusundan bəhs edir.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10