Dövlət Rus Dram Teatrında “Senyor Todero-xuliqan” tamaşası

9 Baxış

148624307722082145_1000x669

Martın 12-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Karlo Qoldoninin “Senyor Todero-xuliqan” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olacaq.

Senet.az teatrın saytına istinadla xəbər verir ki, tamaşa Azərbaycanın Xalq Artisti Məbud Məhərrəmovun 60 illik yubileyinə həsr edilib. Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın Xalq Artisti Aleksandr Şarovskidir. Rolları Xalq Artisti Məbud Məhərrəmov, Əməkdar artistlər Natalya Şarovskaya, Fuad Osmanov, Mələk Abaszadə, aktyorlar Mariya Dubovitskaya, Maqsud Məmmədov, Olqa Arsentyeva, Oleq Əmirbəyov və başqaları ifa edəcəklər.

Biletləri teatrın kassasından və şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

KÖŞƏ YAZARLARI
TOP 10