Dövlət Rəssamlıq Akademiyasında fotomüsabiqə

3 Baxış

rAzərbaycan Dövlət Rəssamlıq Akademiyasında tələbələr arasında fotomüsabiqəyə start verilib.

Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, ali sənət ocağının təşkilatçılığı ilə gerçəkləşəcək müsabiqəyə sərbəst mövzulu işlər qəbul olunacaq.

Müsabiqəyə təqdim olunan fotolar 1500 px-dən az olmamaq şərti ilə “JPEG” formatda olmalı, fotoların üzərində heç bir loqo, imza və çərçivə olmamalıdır.

Say məhdudiyyəti nəzərdə tutulmayan fotoların elektron formada qəbulu dekabrın 8-də başa çatacaq.

Müsabiqənin “Zövq” adlı yekun sərgisi dekabrın 14-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində reallaşacaq.