Dövlət Tərcümə Mərkəzi şifahi tərcümə üzrə seçim turları təşkil edir

4 Baxış

hg

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, şifahi – ardıcıl tərcümə üzrə peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə seçim turlarının növbəti mərhələsinə start verib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, turlar ingilis dili üzrə ictimai-siyasi sahədə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak etmək istəyənlər qeyd olunan sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, CV) bu ilin 30 sentyabr tarixinədək mərkəzin info@aztc.gov.az ünvanına göndərməli, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim etməlidirlər.

Qeyd edək ki, turlarda iştirak ödənişlidir.

Bölmə : Sənət xəbər