Dümanın əsəri səhnələşdiriləcək

47 Baxış

azerpasa

Azərbaycan Teatr Xadimləri İttifaqı növbəti mövsümə yeni tamaşalar hazırlayır.

Senet.az xəbər verir ki, Aleksandr Dümanın “Kamelyalı qadın” əsəri əsasında hazırlanan eyniadlı tamaşa üzərində məşqlərə başlanılıb. Quruluşçu rejissorluğunu Əməkdar artist Nofəl Vəliyevin etdiyi tamaşa “Zəfər” studiyasında səhnələşdiriləcək.

Tamaşada Gənc Tamaşaçılar Teatrı, Akademik Milli Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı və digər teatrlardan olan seçilmiş aktyorlar iştirak edəcəklər. Aktyorların tam siyahısı bu günlərdə təsdiqlənəcək.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10