“Dünəndən sabaha boylanan Bakı” adlı fotosərgi – FOTO

14 Baxış

Dekabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Dünəndən sabaha boylanan Bakı” adlı fotosərgi açılıb.

Senet.az-ın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Fotoqraflar Birliyinin və “Fujifilm – Azərbaycan” şirkətinin dəstəyi ilə baş tutub.

Sərginin kuratoru, kinooperator, fotoqraf, Əməkdar İncəsənət Xadimi Rafiq Qəmbərov qonaqlara sərgi barədə məlumat verib. Bildirib ki, sərgi Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda regional incəsənət və mədəniyyət layihəsi” çərçivəsində reallaşdırılır.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Dekabrın 13-dək davam edəcək fotosərgidə Azərbaycan Fotoqraflar Birliyinin üzvləri Rafiq Qəmbərov, Rauf Umud, Məhəmməd İsmayılov, Mirnaib Həsənoğlu və Vüqar İbadovun ümumilikdə 100-ə yaxın fotosu nümayiş olunur.

Bölmə : Rəssamlıq, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10