Dünya bestselleri Azərbaycanda çap olunur    

15 Baxış


Entoni Robinz

“XAN” nəşriyyatı “Tərcümə ədəbiyyatı” silsiləsindən dünya bestselleri – Entoni Robinzin “İçindəki divi oyat” kitabını çapa hazırlayıb. Oxucular kitabla yeni həftə tanış ola biləcəklər.

Tərcüməçisi Aygün Ulucay, redaktoru isə Nərgiz Cabbarlı olan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Entoni Robinzin “İçindəki divi oyat” kitabı özünüzü dərk etmək, karyerada, həyatda uğur qazana bilmək və bunun üçün hansı addımları atmalı olduğunuzu müəyyənləşdirmək üçün yardımçınız olacaq. Ən böyük arzularınıza doğru inamla irəliləmək və məqsədinizə çatmaq istəyirsinizsə, o zaman bu kitab sizin üçündür. Ondan kömək istəyə, ondan əminliklə yararlana bilərsiniz.

Kitabın ilk səhifələrində müəllif oxucularına çağırış edib…

Bu, imkanların sənə verdiyi hədiyyədir. Bunu sevdiyin hər kəslə paylaş.

2013-cü ilin səhəri bu sözləri oxuduğum zaman onları yazdığımdan 20 il keçir. Dəyişən yeganə şey öyrəndiyim və paylaşa biləcəklərim üçün içimdə əvvəlkindən də çox minnətdarlıq və məmnunluq hissinin olmasıdır. Bu gün mən 100-dən çox ölkədə 50 milyondan çox insana xidmət etmək və 4 milyondan çox insana seminar keçmək imkanına sahibəm.

544 səhifəlik kitabımın qısaldılmış şəkli olan bu hədiyyəni sənə göndərirəm və ümid edirəm ki, bu, sənin həyatına güc verəcək, səni həvəsləndirəcək. Əgər bu kitab sənə yardım etsə, xahiş edirəm onu yardım etməsi üçün başqasına da hədiyyə et. Səni nə zamansa ya seminarımda, ya küçədə gəzərkən görəcəyimə ümid edirəm və o zaman yaşam keyfiyyətini yüksəltmək, sevdiyin insanların həyatını əhəmiyyətli dərəcədə dəyişmək üçün bu startegiyaları necə tətbiq etdiyini soruşacağam.

İndi isə gəl, başlayaq…