“Dünya çiçək, insan oğlu arıdı”

8 Baxış

zelimxan

Xalq şairi Zəlimxan Yaqubun “Dünya çiçək, insan oğlu arıdı” şeirlər kitabı işıq üzü görüb. Kitabda şairin son iki ildə yazdığı və indiyədək çap olunmuş şeirləri ilə yanaşı “Dahiləri belə gördüm”, “Daş və tarix”, “Aşıq Veysəl dünyası”, “Turan sevgisi”, “Şuşa şikəstəsi” və “Ün” poemaları yer alıb.

“Şərq-Qərb” nəşriyyatında çap olunmuş kitabın nəşrə hazırlayanı və redaktoru Musa Nəbioğludur.

Xatırladaq ki, bu, Z.Yaqubun 2015-ci ildə nəşr olunmuş üçüncü şeirlər kitabıdır. Bundan əvvəl şairin “Qürbət düşüncələri” və “Mənə ümid kimi bax” kitabları, eyni zamanda, Musa Nəbioğlunun Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi “Sözün Zəlimxan zirvəsi” adlı kitabı oxucuların ixtiyarına verilib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10