“Dünya dastanları” festivalı keçiriləcək

45 Baxış

dastanxe

Sentyabrın 3-də 7-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Dünya dastanları” festivalı keçiriləcək.

Türkdilli dövlətlərin də qatılacağı festivalın keçirilməsində əsas məqsəd dastanların tarixi əhəmiyyətini qoruyaraq gələcək nəsillərə çatdırmaq və bu istiqamətdə ölkələrin qarşılıqlı əlaqələrinin inkişafına töhfə verməkdən ibarətdir. Belə ki, Bişkekdə “Qırğız köçü” adlı şərti şəhərcik qurulacaq və festival burda təşkil olunacaq açılışla başlayacaq.

Festivalda Azərbaycanın da iştirakı gözlənilir.

Qeyd edək ki, dastan söyləmək və ölkələrin milli geyim nümunələrinin nümayiş olunacağı tədbir Bişkek Filarmoniyasında davam edəcək konsert və qaliblərin mükafatlandırılması mərasimi ilə sona çatacaq.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10