Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə gerçəkləşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə çərçivəsində 3 gün ərzində silsilə tədbirlər keçiriləcək.
Tədbirlər silsiləsi çərçivəsində noyabrın 5-i, saat 16:00-da “HƏDƏF” Kurslarının baş ofisində “Estetik dəyərlərin harmoniyası”, noyabrın 6-ı, saat 15:00-da Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına Konfrans Salonunda “Ədəbiyyat, Musiqi, Təsviri sənət: Gəncliyin peşəkarlıq arayışı” adlı “Dəyirmi Masa” , saat 18:0-da Uluslararası Aktivist Sənətçilər Birliyi Azərbaycan Təmsilçiliyinin “ART-Qalareya”sında sənət müzakirələri, noyabrın 7-də, saat 12:00–da Azərbaycanda Atatürk Mərkəzinin Konfrans Salonunda yekun dəyərləndirmə – “Qapanış Toplantısı” baş tutacaq.
Silsilə tədbirlər çərçivəsində Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyinin ziyarəti, paytaxtın bir sıra muzeylərində olmaq, habelə tanınmış sənət xadimləri ilə görüşlər də nəzərdə tutulub.