“Dünya romantizm ənənələri və Hüseyn Cavid” kitabı çap olunub

24 Baxış

560c2f6e4259c35a259c381223bbed88

Professor  Əjdər İsmayılovun “Dünya romantizm ənənələri və Hüseyn Cavid” kitabı çap olunub.  

Senet.az-ın məlumatına görə, bu günlərdə cavidşunas alim, professor Əjdər Tağıoğlunun (İsmayılovun) 1983-cü ildə “Elm” nəşriyyatı tərəfindən çap edilmiş cavidşünaslıqda mühüm yer tutan “Dünya romantizm ənənələri və Hüseyn Cavid”  adında kitabı oxucuların tələbini nəzərə alaraq latın qrafikası ilə “Elm və təhsil” nəşriyyatından nəfis şəkildə yenidən çapdan çıxarılaraq cavidsevərlərin ixtiyarına verilmişdir.

Ədəbiyyatşünaslığımızda aparıcı nüfuza malik görkəmli alimlərimiz bu monoqrafiyaya qədər, Azərbaycan romantizminin yaranmasını 1905-1917 – ci ildə baş vermiş tarixi hadisələrlə əlaqələndirmişlər. Problemə bu mövqedən yanaşma Hüseyn Cavıd romantizmini bir istiqamətdə Nizami ilə başlanan klassik fəlsəfi romantik poeziyanın ənənələrindən məhrum edir, ikinci bir istiqamətdə mütəfəkkir şairi dünya ədəbiyyatının nəhəng korifeyləri Şekspir, Bayron, Şiller, Höte və başqa dünya şöhrətli nəhəng korifeyləri ilə bir sırada  dayanmaq hüququnun məhdudlaşdırırdı.

Müəllif ona görə də Hüseyn Cavid romantizminin konteksində dünya ədəbiyyatının romantik korifeyləri arasında tipoloji araşdırmalar aparır və Azərbaycan romantizminin dünya romantizminin tərkib hissəsi kimin təhlilə çəkir.

KÖŞƏ YAZARLARI
TOP 10