Dünya Teatr Günü – 27 mart

7 Baxış

14905942174918729975_1000x669

Hər il martın 27-si Dünya Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub.

Senet.az Beynəlxalq Teatr İnstitutunun saytına istinadla xəbər verir ki, bu il Dünya Teatr Günü münasibətilə ictimaiyyətə Fransanın teatr və kino aktrisası İzabel Hupper müraciət edib. Müraciətdə qeyd olunur ki, teatrın çiçəklənən həyatı məkan və zamana çağırış edir. Teatrın ən müasir tamaşaları ötən əsrlərin nailiyyətlərindən qaynaqlanır və hətta ən klassik əsərlər belə səhnəyə qoyulanda müasirləşir və həyati əhəmiyyət kəsb edir. Buna görə də Dünya Teatr Günü digər proseslərə qoşulmaq baxımından önəmlidir. Əsl qloballaşmanı tamaşaçı səhnədə və teatrda tapır. Teatr çox güclüdür. O, müqavimət göstərir və hər zaman – müharibədə də, senzurada da, yoxsulluqda da yaşayır.

Müraciətin tam mətnini Beynəlxalq Teatr İnstitutunun saytından oxumaq olar.

Dünya Teatr Gününün rəsmi tədbiri Parisdə keçirilir.

KÖŞƏ YAZARLARI
TOP 10