Dünya Türkü uzun saçı ilə tanıdı

110 Baxış

turk125

Odər Sərdar

 

 

Bir çox gələnəklərimiz itirildiyi kimi, birçoxları da uğradığımız mədəni asimlasiyalara görə anlamını dəyişmişdir. Bu asimlasiya sürəci həm dilimizdə həm də mədəniyyətimizdə getmişdir. Atalarımızın kəndilərinə özəl geyim tərzləri və saç, bığ, saqqal biçimləri olmuşdur. Onlar daim yaxşı və fərqli görünməyə üstünlük vermişlər. Geyimləri, saç və saqqal formaları dünyanın hər yerinə atalarımızı digər millətlərdən ayıran ilkin özəlliklər olubdur. Anlamını itirmiş olan gələnəklərimizdən   biri də uzun saç saxlmaq gələnəyidir. Günümüzdə şəhər sayılan Bakımız da belə əksər hallarda uzun saçlı kişilərimizə qarşı qəribə tərz baxışlar tənqidlər vardır. Bölgələrimizdə isə bunun örnəyini yüz mində bir nəfərdə ancaq görə bilərik. Uzun saçlı olanların əksəriyyəti isə təəsüflər olsun ki, fərqli idealogiyalar daşıdıqlarından bunu edirlər.

Əski türklərdə  Göy Tanrıya bağlılığın bir göstərgəsi olaraq saçlar düzənli biçimdə uzun olardı. Bu gələnək, sonradan İslamın gəlişi ilə müəyyən təhriflərə uğrasa da, Azərabycan türklərində Səfəvilər dövründə də qalmaqda idi. İlkin dövr Qızılbaş süvarilərinin ucunda kəsici dəmir olan uzun saçları olardı. Bu gələnək Səfəvi döyüşçülərinin ilkin dövr fədai-militan dövründə özünü göstərir. Saç uzatma gələnəyini eramızn əvvəllərindən başlayaraq müxtəlif türk tayfalarında görə bilirik. Əski Çin qaynaqlarında türklər haqqında “onlarda kişi və qadın arasında fərq yoxdur, saçlarını uzun saxlayıb hörürlər” ifadəsi keçir.. Bundan başqa 619-cu ildə Konstantinapolu mühasirəyə alan uzun saçlı türklərdən, Avarlardan danışılr. Türklərlə bağlı uzun saç gələnəyinin yalnız bir boya aid  və ya yalnız bəlirli bölgdə yaşayan türklər haqqında danışılsaydı, bu gələnəyin bizlərə başqa xalqalardan keçdiyini düşünə bilərdik. Tarixin müxtəlif dövrlərində, fərqli coğrafyalarda yaşayan, fərqli türk boyarında bu gələnəyi görmək olur. İlgi çəkən yönü burasındadır ki, başqa millətlər türklərlə bağlı savaşlarından, əlaqələrindən danışarkən onların uzu saçlarını xüsusi ilə vurğulayırlar. Səlcuq türkmənləri o zaman Çağrı bəyin başçılığı ilə  türklüyün Xristian dünyası qarşısında ən önəmli bölgəsi və istinadgahı olan Azərbaycana kəşfiyyat yürüşünə çıxdıqlarında (1015) Van gölü ətrafında haylar, türk döyüşçülərini belə təsvir etmişdi: “Hər şeydən əvvəl türkmənlərin rüzgar kimi atlar üzərində fərqli paltarları, qadınlarınkına bənzəyən uzun saçları, mizraqları və oxları ilə belə görənləri heyrətə gətirirdi”. Bundan başqa, Orxon Yenisey  yazılarında  “Bakırı bungsız erti kara saçın teg” yəni “pulu çox idi, qara saçı kimi” ifadələrə rast gəlinir. Bəzi hallarda əski türkləri sazçsız, daz kimi də təsvir edirlər. Burdakı yanlışlıq onları monqol və tunquz qəbilələri ilə qarışdırmadan irəl gəlir. Doğrudur tunquz tayfalarına yaxın olan bəzi türklərdə daz başlılıq var idi. Bu qədim monqolların dini inancının onlarla iç-içə yaşan türklərə keçməsi ilə bağlıdır. Türklərdəki saç uzatması yuxarıda da qeyd edildiyi kimi dini inancla bağlı olmuşdu və Göy Tanrıya bağlılığı simgələyirdi. Uzadılan saç biçiminin adı “Yulidi” adlanırdı. Arxaya doğru uzadılan saçlar altı  sıralı hörülürdü. Bu saç formasını Balbal heykəlllərində də görmək mümkündür. Tarixçi Prof.Dr Faruk Sumer də Oğuzlarla bağlı yazılarında onların saçlarının uzun olduqlarını və kəsmədiklərini qeyd edir. Oğuz kişiləri saçlarının hörüklərinin çox olması ilə tanınarmış. Rus qaynaqlarında da sarı samlı Kuman türklərinin kişilərinin saçlarını uzatdıqları və hördükləri qeyd olunur. Hətta Kuman türkləri saçlarına üç biçim verirdlər: yan-yana üç dənə eyni uzunluqda hörgü, alının hər iki tərəfindən başlayıb hörülür və üç hörgü aşağıda birləşdirilir və üçüncü biçim isə yalnız uzun saç biçimi idi. Uyğurlarda isə saçlar çiyinləri örtən qalın hörüklər halında və arxaya doğru daranmış və ortadan ikiyə ayrılmış biçimdə idi.

Bizans tarixçisi Prokopios, Qərb hunları haqqında yazısında Hun üsulu olaraq adlanırılan bu saç modelindən danışır: “Saçlarını ön tərəfdən gicgaha qədər kəsər və arxaya doğru uzadardılar”. Türk tarixçisi Bahəddin Ögəl də bu haqda yazır: “Türklərdə uzun saçların və hörgülərinin müxtəlif biçimləri var idi. Türklərin uzun saçları arxadan hörüklü olması ilə seçilirdi.” Bundan başqa Xarəzmşahlarda, Qəznəvilərdə, Eldənizlərdə xaqanların, sərkərdələrin saçları uzun olardı, onlar yalnız Həcc ziyarətinə getdiyi zaman saçlarını kəsərdilər.
Qaynaqlar:

1. Bahəddin Ögel, Türk Kültür Tarihine Giriş, c.5, s.273

2. Türkün Qızıl Kitabı I hissə

 

 

 

 

 

Odər Sərdar

 

Bölmə : Araşdırma
KÖŞƏ YAZARLARI
TOP 10