Dünyada əsl qara rəngin sahibi

17 Baxış

aniş kapurAlbrext Dürer hesab edirdi ki, əsl incəsənət təbiətin özündə gizlənib, kim onu tapsa, o da sahibi olacaq. Bu ifadə Aniş Kapur yaradıcılığına tamamilə uyğun gəlir.

Londonlu rəssam Aniş Kapur Vantablack maddəsindən eksklüziv istifadə haqqını rəsmiləşdirib. Bu maddə dünyada ən dolğun qara rəngə sahibdir.

Maddənin istifadəsinə hüquqların rəsmi olaraq təqdim edilməsini onu hazırlayan Surey NanoSystems şirkətinin nümayəndəsi yerinə yetirib. Araşdırmaçıların məlumatlarına görə, Vantablack onun üzərində düşən işığın 99,96%-ni udur. Müqayisə üçün qeyd edək ki, qara kömür üzərinə düşən işığın 96%-ni udur. İlkin olaraq, bu maddə müdafiə və aerkosmik sahələr üçün hazırlanmışdı. Hazırda onun nümunələri London elm muzeyində təqdim olunur.

Digər rəssamlar bu rəngi məhz Kapurun monopoliyaya almasına mənfi münasibət göstəriblər. Məsələn, Britaniyadan olan usta Kristian Ferr bəyan edib ki, hamı Vantablack-dən istifadə etmək imkanına sahib olmalıdır, belə hüquqların monopolizasiyası ədalətsizlikdir.

vantablack