“Dünyamızın zərrəsiyəm” və “Şairdə sirr olmur” təqdim edildi

10 Baxış

97204_pawvx1n2jc

Oktyabrın 10-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AYB-nin üzvü, “Cabir Novruz” Mədəniyyət Fondunun vitse-prezidenti, Siyəzəndə yaşayıb-yaradan şair Nəcməddin Mürvətovun “Şur” nəşriyyatında çap olunan “Dünyamızın zərrəsiyəm” və “Şairdə sirr olmur” şeir kitablarının təqdimatı – İmza günü keçirilib. 

Tədbir Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeirinin səslənməsi ilə başlayıb. “Cabir Novruz” Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli çıxış edərək şairin yaradıcılığı və yeni nəşr olunan kitabları haqqında məlumat verib. Şairlər Zahid Xəlil, Musa Ələkbərli, alimlər Vaqif Yusifli, Qurban Bayramov və başqaları şeirləri ardıcıl olaraq ədəbi mətbuatda çap olunan şairi növbəti kitablarının işıq üzü görməsi münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Çıxış edənlər “İlk sözüm”, “Etiraf”, “Dünyamıza sözüm var”, “Həqiqət axtarıram”, “Yaxşılar azalmasın”, “İnam zəfərə aparır” və digər kitablarının müəllifinin son iki nəşrdə da layiqli ədəbi nümunələrini verildiyini söyləyiblər. “Dünyamızın zərrəsiyəm” və “Şairdə sirr olmur” kitablarında toplanmış şeirlərdə özünəməxsus azadlığın, lirik düşüncənin, xoşagələn ifadə vasitələrinin yerli-yerində işlədildiyini bildiriblər.

Şair-publisist Müşviq Cabiroğlu regionlarda yaşayan şairlərin yaradıcılığına da yüksək dəyər verildiyini, onların yaradıcılığına yüksək qayğı ilə yanaşıldığını söyləyib.

Tədbirdə şairin şeirləri oxunub.

Nəcməddin Mürvətov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, imzaladığı kitablarını oxuculara təqdim edib.

KÖŞƏ YAZARLARI
TOP 10