Dünyanın ən gözəl konsert zalı

12 Baxış

Heydər Əliyev Mərkəzi

 

Tanınmış memar Zaha Hadidin layihəsinə əsasən yaxın illərdə tikilmiş Heydər Əliyev Mərkəzi supermüasir bir mədəniyyət mərkəzi olmaqla yanaşı, Bakının və bütün Azərbaycanın yeni simvoluna çevrilmişdir.

 Bu kompleks tikilinin sahəsi 57,519 kv.m-dir. Bu möhtəşəm tikili böyük auditoriya, muzey, konsert zalı, sərgi salonları və administrativ ofislərdən ibarətdir. Bu möhtəşəm tikili böyük bir şəxsiyyət Ümummilli lider Heydər Əliyevin adını daşıyır.

Bu möhtəşəm tikilinin layihəsi hələ 2007-ci ildən  tanınmış britaniyali memar Zaha Hadid tərəfindən işlənib hazırlanmışdır. Binanın konsepsiyası regionun təbii xüsusiyyətlətinə uyğun işlənmişdir. Bu möhtəşəm layihənin sifarişçisi Azərbaycan prezidenti cənab İlham Əliyevdir.

Binanın tikintisi Discovery və Science Channel kanallarında müasir memarlığın şah əsərləri mövzusunda “Build It Bigger”  verilişində nümayiş etdirilmişdir. Buradan belə nəticə hasil olur ki, Bakıda inşa edilmiş Heydər Əliyev Mərkəzi müasir memarlığın şah əsərlərindəndir.

Tikilinin layihəsində demək olar ki, düz xəttdən istifadə olunmamışdır. Bina – dalğanın qabarması və enərək yerlə bərabərləşməsi formasında inşa edilmişdir. Tikilinin bu quruluşu memarlığın postmodernizm üslubunda olmaqla yanaşı, özündə sürəklilik və sonsuzluq təcəssüm etdirir. Binanın üzərindəki xəttlər isə keçmişlə gələcəyin əlaqəsini simvolizə edir.

4 hektar sahəsi olan binanın dam örtüyünün tikintisində müxtəlif həndəsi formalı, müxtəlif ölçülü 12 027 paneldən istifadə olunmuşdur. Bu möhtəşəm kompleksdə 13,58 hektarlıq yeraltı dayanacaq və park vardır. Bundan başqa kompleksin ərazisində 2 dekorativ hovuz və süni göl də vardır.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il fərmanına əsasən, Heydər Əliyev Mərkəzinin mövqeyi təsdiqlənmişdir. Belə ki, Mərkəzin mövqeyi bu istiqamətlərdə fəaliyyət göstərməkdir:

-dövlət quruculuğunda, azərbaycançılıq ideologiyasında;

-elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və digər sahələrin inkişafında;

-Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, milli – mənəvi dəyərlərinin beynəlxalq miqyasda təşviqat və təbliğatında Ulu Öndər Heydər Əliyev irsinin və fəlsəfəsinin qorunub saxlanılması və inkişafı.

Fəxrlə deyə bilərik ki, Heydər Əliyev Mərkəzi  “dünyanın ən gözəl konsert zalları” siyahısına başçılıq edir.

 

 

Bölmə : Manşet, Memarlıq, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10