Dünyanın ən maraqlı oyunları

30 Baxış

1. Ənzəli

1d

Oyunda püşkü tapmaq yolu ilə kim uduzarsa, o, belini əyir və qalan oyunçular üç-dörd metr aralıda sıraya düzülürlər.Hər biri əyilənin belindən atlanır, oyunçular hər dəfə aşağıdakı sözləri dönə-dönə deyir və dediklərinə əməl edirlər.

Birdə – Ənzəli hay ənzəli.
İkidə – Xan əkbəri
Üçdə – Xoruz banladı: qu-qulu-qu!
Dörddə – Yanbız əzərlər.
Beşdə – Taxta çıxarlar.
Bu zaman oyunçu “yatan” oyunçunun belində oturur və soruşur: – Minim, ya düşüm?

Əyilən: -Min və ya düş! – deyir. Oyun yenə davam edir.

Altıda – Əl, üst, baş dəyməsin.
Yeddidə – Tayəl keçərlər,
Səkkizdə – Papaq qoyarlar.

Doqquzda isə hamı əyilənin belinə minir, kim yıxılarsa, onun qulaqlarını dartırlar. Oyun keçirilərkən kim bu deyilənlərə əməl edə bilməsə “yatan”ı əvəz etməli olur.

2. O-hajiki

2dYaponlara məxsus oyun növüdür. Bu oyun bütün Asiyada geniş yayılıb. O-hajiki kiçik şüşə toplar vasitəsilə oynanılır. Hansı oyunçu digərinin topunu vura bilsə, qalib sayılır. Türklərdə bu oyun misket kimi oynanılır.

3. Aba atma

3d

Bu oyun Türkiyədə geniş yayılıb. Adətən uşaqlarla yanaşı böyüklər də oynayır. Aba atmada parçaları bir-birinə dolayıb top düzəldirlər. Daha sonra o topla oyunçular bir-birlərini vurmağa çalışırlar.

4. Baquenauider

4d

Çin üzük oyunudur. Oyunçu burada taxta labirintə bağlı olan üzüyü oradan çıxarmalıdır. İlk baxışdan asan görünsə, də bunun üçün çox fikirləşmək və staregiya qurmaq lazımdır. Hər kiçik səhv oyunu yenidən başlamağınıza səbəb ola bilər. Bu labirintlər həm satılır, həm də istəyənlər özləri düzəldə bilir.

5.  Daş-quti

5d

Stolüstündə oynanılan strategiya oyunudur. Hindistanda məxsus bu oyun iki nəfərlə oynanılır. Müxtəlif ölçülü taxta fiqurlar üzərində oynanılan oyunda oyunçu rəqib daşlarını udmalıdır.

 6. Go oyunu

6d

Bir  Şərqi Asiyada tanınmış stolüstü oyunu. Qədim Çində yaranmış və taxta lövhə üzərində keçirilən strateji dama oyununa bənzəyir. Qo iki nəfər ilə oynanılır. Qo oyunu üçün nəzərdə tutulmuş ənənəvi lövhə taxtadan olur və qoban adlanır. Daşlar lövhənin üzərində çəkilmiş bir-birinə perpendikulyar xətlərin kəsişmə nöqtəsində yerləşir. Daşlar linzayabənzər formada olur. Qonşu olan daşlar bir-birinə çox yaxın olur və hətta bir birinə toxunur.Yaponlar bu oyuna İqo adını veriblər.

7. Baharbənd

7d

Baharbənd əsasən Novruz bayramında oynanılan, geniş yayılmış atüstü oyunlardan biridir. Yaz aylarına təsadüf etdiyi üçün Baharbənd adlanır.Çapar atı asta və yaxud çaparaq sürür, eyni zamanda bir-birinin ardınca çuxasını, arxalığını, çarıqlarını, kəmər və xəncərini çıxarıb yerə atır. Təyin edilmiş məsafəyə çatanda atı geri göndərib gəldiyi yolu qayıdır. Atı dayandırmadan yerə atdığı əşyaları yığmalı və yenidən geyinməlidir. Bu əməliyyatı ən tez yerinə yetirən atlı qalib sayılır. Oyun daha çox Qarabağda meşə ilə əhatə olunmuş “bənd” adlı dağətəyi düzənlikdə keçirilir. Bəndlərdə at sürmək təhlükəli olduğuna görə, bu oyunda adətən mahir çaparlar iştirak edir.

8. Qaç–qurtul

Türkiyədə geniş yayılmış bu oyunda ilk oyunçu müəyyən edildikdən sonra (adətən həmin oyunçu sanamalar vasitəsilə seçilir) digər oyunçular bir cərgədə, arxa-arxaya düzülürlər. Sıranın başında dayanan oyunçu ilk oyunçunun diqqətini çəkmədən qaçmağa başlayır. Əgər ilk oyunçu həmin oyunçunu tuta bilsə, o digər oyunçuların cərgəsinə qatılır və tutulan oyunçu ilk oyunçu olur. Əgər qaçan oyunçu tutulmadan digər oyunçuların yanına qayıda bilərsə, onda əvvəlki oyunçu öz rolunda qalır. Və oyun hər dəfə ilk sırada dayanan oyunçunun qaçması ilə başlayır və ilk oyunçu onlardan birini tutana qədər davam edir.

9. Dirədöymə

8d

Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim oyun növüdür. Bu oyunu uşaqlarla yanaşı cavanlar da oynayırlar. “Dirədöymə” oyunu Naxçıvanda “Cızıq tutması”, Muğan bölgəsində “Cızıqdançıxma”, Bakıda “Qayışçapdı” (“Qayışaldı”), Göyçayda “Turaoynu” (“Tuladöydü”) və s. adlarla məlumdur. Uşaqlar iki dəstəyə ayrılıb, bir dairəvi cizgi çəkir və qürrə atırlar. Qürrə hansı dəstəyə düşsə o dəstə mərəyə (dairəyə) girir. Uşaqlar hərəsi ayağının altına bir toqqa qoyur. Dairədən kənarda qalanlar toqqanı götürməyə çalışırlar. Dairədəkilər isə ayaqla vurur, toqqaları götürməyə yol vermirlər. Dairənin içərisində olanlar kənardakılardan birini ayaqla vursa, dairədəki uşaqlar kənara çıxır, kənardakılar dairəyə girirlər. Kənardakı oyunçu içəridəkilərdən birini əli ilə tutub dairədən çıxara bilsə, onu bir nəfərə həvalə edib saxladır və yiyəsiz qalmış toqqanı götürməyə cəhd edir. Bu zaman içəridəkilər həm öz toqqalarını, həm də çöldəki yoldaşlarının toqqasını qorumalı olurlar. Yaxud əksinə, içəridəkilər çöldəkilərdən birini fəndlə tutub dairəyə salsalar, dəstələr yerlərini dəyişməli olurlar. Dairədən kənardakı uşaqlardan biri toqqanı ələ keçirsə, dairənin içərisində olan uşaqları toqqa ilə vurur, ayaqları altındakı toqqaları kənara çıxarıb götürməyə çalışırlar. Hansı dəstə toqqaları tamam ələ keçirsə qələbə qazanır. Dairədəkilər ayaqlarından biri cızıqdan çıxmamaq şərti ilə çöldəkilərdən birini digər ayağı ilə vurana qədər çöldəkilər içəridəkiləri toqqa ilə döyürlər.

 10.  Aşıq-aşıq

9d

Qoyun, quzu və keçilərin arxa ayaqlarında dizində olan sümüklə oynanan tarixi bir türk oyunudur. Oyun Orta Asiya, Azərbaycan, Türkiyə, Kərkükdə yaşayan türklər arasında hələ də oynanılır.

Oyun zamanı torpaq üzərində bir dairə çəkilir. Dairənin ortasında üfüqi xətt boyu “aşıq” adlanan sümüklər düzülür və oyunçular əllərində öz aşıqları ilə düzlümüş aşıqları vururlar. Atılan aşığın ağır olması üçün onun orta yerinə qurğuşun tökülür. Dairə içərisindəki aşıqlar dairənin kənarından çıxarsa bir xal sayılır.

Bu hal növbə ilə təkrarlanır. Yaxşı aşıq oynayanlar hətta bir metrlik məsafədən çırtma ilə öz aşığını başqa aşığa tuşlayıb vurar, aşığı aşırmaqla udardı. Aşığın alçı durması üçün onu ayaqqabının altına böyrü üstdə qoyub, asfalt yolun üstündə sürtməklə cilalayardılar. Yaxşı cilalanan aşıq necə atsan toxan yox, mütləq alçı durardı. Monqolustanda bu oyuna Şaqin Naadqai deyilir.

  11. Şoqi

10d

Yapon şahmatı kimi tanınır. Ancaq oyunun qaydaları adi şahmata nisbəttə çox qarışıqdı. Oyun 81 xana üzərində 20 daşla oynanılır.  Burada rəqibin daşını udduqda öz komandana daxil etmək olur.

 12. Əjdahanın quyruğunu qoparmaq

11d

Oyunu Çin, İndoneziya kimi ölkələrdə geniş yayılıb. Bu oyun iki və daha çox komanda ilə oynanılır. Hər komanda bir başçı seçir, daha sonra digər üzvləri həmin başçının arxasında sıra ilə dayanaraq əllərini bir-birinin çiyninə qoyurlar. Son oyunçunun arxasına kiçik parça bağlayırlar. Daha sonra iki komanda da o parçanı qoparmağa çalışır. Ancaq oyunun qaydalarına görə çiynindəki əli çəkmək qadağandır. Bu oyun iki üç komanda oynanılanda daha maraqlı olur.

13. Tanqram

13d

Oyunu Çinin qədim oyunlarından hesab olunur. Bu oyunda müxtəlif ölçülü həndəsi fiqurlardan istifadə olunur. Ənənəvi oyunda adətən 7 fiqur olur ki, bunlar da öz növbəsində Günəş, Ay, Mars, Yupiter, Saturn, Merkur və Venusu simvolizə etdiyi deyilir. Oyunda bir böyük həndəsi fiqur verilir, kim tez bir şəkildə yeddi fiqurla həmin verilən parçanı düzəldə bilsə, qalib elan edilir.

14. Manqala

14d

Türk oyunudur. İraqda bu oyunun bənzəri olan Halusa, Fələstində isə El-manqala oynanılır. Misirdə Manqala adlı ancaq qaydaları tamamilə fərqli bir oyun da var. Oyunda 12 oyuq olur. Hər oyunçu öz oyuğuna 4 daş qoyar. Birinci oyunçu öz tərəfindəki çuxurlardan birini seçər və əlindəki daşları saat əqrəbinin əksi istiqamətində hər çuxura birini qoyar. Əgər sonuncu daş öz tərəfindəki çuxura düşərsə,həmin oyunçu qazanmış olur. Yox əgər boş bir çuxura düşərsə, rəqib bütün daşları götürər. Oyun bu yolla davam edir.

15. Fukuravai

15d

Gülən üz mənasını verir. Yapon uşaq oyunudür. Fukuravanidə oyunçuların gözləri bağlanılır, onlara içərisi boş olan bir sifət formasında kağız verilir. Daha sonra oyunçuya sıra ilə ağız, göz,burun, qaş verirlər. Oyunçu da gözü bağlı şəkildə bunları sifətdə yerləşdirir. Kim doğru-dürüst yerləşdirə bilsə, o da qalib olur. Ancaq qalib olmayan tərəf də yetərincə əylənə bilir. Çünki ortaya çıxan üzlər görənlərin gülməyinə səbəb olur.

“Ustad” jurnalının 5-ci sayından