Dünyanın ən optimist pessimisti – Abidin Dino

13 Baxış

abididn 1

Abidin Dino

 

“Rəsm bir mesaj vermək istəyirsə, özü bilər. Buna qarışmaq mənim işim deyil.”

Cümhuriyyət dövrünün ən bənərsiz cütlüyü idi Abidin və Güzin Dino cütlüyü. Onlar sənətin bir çox qollarında türk mədəniyyətinə töhfələr vermiş sənətçilər idilər. Abidin rəssam, yazıçı, karikaturaçı və rejissor, Güzin isə dilçi, tərcüməçi və yazıçı. Eyni zamanda, Kommunist

Partiyasının üzvü olan Abidin paralel olaraq siyasətçi kimi də tanınırdı.        Abidin Dino İstanbulda doğulub, amma 12 yaşına qədər İsveçrədə və Fransada yaşayıb. Cümhuriyyət qurulduqdan sonra ailəsi İstanbula qayıdıb. Burada Abidin Robert kollecində oxumağa başlayıb. Anasının

və atasının ölümündən sonra rəsmdən başqa bir şey düşünməyən Abidin məktəb həyatından uzaqlaşdı. Qardaşı Arif Dino şair idi, ondan güc alaraq sənətə bağlandı Dino. Özü həmişə, –“Arifin kitablarını qarışdıraraq rəsmə başladım”, – deyirdi. Yazılar yazdı, karikaturalar və yaxın dostu Nazim Hikmətin kitablarına illustirasiyalar çəkdi. Bu zamanlarda heç bir rəsm cərəyanına mənsub olmayan Dinonun artıq çəkdikləri ona gəlir gətirirdi. Və bir rəssam kimi kifayət qədər qəbul olunmuş, tanınmışdı.  “Halkın dostu” qəzeti üçün etdiyi reportaj çox diqqət çəkmişdi. Bu reportaj, Atatürkün də gözündən qaçmadı və düz  onu çəkən an Atatürk onu gördü. Dinonu yanına çağırdı və rəsmə baxdı, bəyəndi. “Amma önümdə qədəhlə olmaz, o qədəhi sil”, – dedi.

Dino qədəhi silmək üçün ondan rəsmə imza atmasını istədi. Bu istəyi gülümsəyərək qarşıladı Atatürk və rəsmə imzasını atdı. Dino da rəsmdəki içki qədəhini sildi.

Bəzilərinin sürrealist adlandırdıqları Dino məqsədi çağdaş türk sənətinin inkişafı olan “D qrupu”nu yaradanlardan biri idi. Onların istəyi böyük idi: sərgilər açılacaq, qəzetlərdə, dərgilərdə yazılan yazılarda qış yuxusunda yatan SƏNƏT oyanacaqdı. Baxmayaraq ki,

qrupun ortaq rəsm anlayışı yox idi. Düşüncə etibarı ilə Qərbdəki müasirliyin ardınca düşmüşdülər.

1933-cü ildə Sovet İttifaqının məşhur rejissorlarından olan Sergey Yutkeviç “Türkiyənin ürəyi – Ankara” adlı filmi çəkmək üçün Türkiyəyə gəldiyi zaman Atatürk Yutkeviçdən Abidin dinonu özüylə götürüb kino sahəsinin incəliklərini öyrətməsini istədi. Dino İkinci Dünya Müharibəsi icazə verənə qədər Rusiyada qaldı. Rejissorluq öyrəndi. Daha sonra, yəni 1937-ci ildə Parisə yollanan rəssam müəyyən müddət orda qalıb rəsmlər çəkdi və iki ildən sonra vətənə döndü. O illərdə rəssamlar İstanbulda çətin şəraitdə yaşayan insanlarla, xüsusən də çörəyi dənizdən çıxan balıqçılarla daha çox maraqlanırdı. “Yenilər”adlı, bəzən də “Liman qrupu” deyə başa düşülən Abidin Dinonun da tərkibində olduğu bir qrup liman ətrafındakı balıqçılar barədə və onların oyanması üçün bir sərgi açdı. İngiltərə və Fransada bir müddət yaşadı. Bu vaxt ərzində dövrünün önəmli sənətçiləri ilə tanış oldu.

1

Pikasso bunlardan bir idi. “Bir müddət əziyyət çəkmək lazım idi, amma başlanğıcda xoş hadisələr oldu. Məsələn, 38-dən bəri tanıdığım Pikasso məni çağırdı və orda birlikdə keramika düzəltdik. Yəni birlikdə bir az iddialı çıxır, amma eyni emalatxanada eyni masada Pikassoyla bərabər keramikalar düzəltdik”.       

Güzin xanım Abidinin xatirlərindən: “Pikasso bir taxta göstərib bura bir xətt çək deyib, çəkib Abidin. Pikasso deyib ki, belə xətti bir sən bir də mən çəkə bilərdim”.

Özünü sosialist və antifaşist kimi tanıdan Dino İspaniya Vətəndaş Müharibəsinə getmək üçün könüllü oldu, amma İspaniyaya gedə bilmədi. Yalnız öz vətənini deyil bütün dünya vətəndaşlarını düşünən dahi 26 yaşında Türkiyəyə qayıdanda artıq tam bir kommunist idi. Yazdıqlarının hamısı qadağan edildi və toplanıldı. Əvvəlcə Adanaya sürgün edildi, 1952-ci ildə isə birdəfəlik Parisə köçdü.

Futbolu çox sevən rəssam əsərlərində də buna bol yer verirdi. 1966-cı ildə dünya çempionatı ilə bağlı bir sənədli film çəkdi, mükafat aldı. Parisdə, Amerikada, 20 il sonra da Türkiyəyə gələrək orada fərdi sərgilər keçirdi. Bu optimist rəssam 1993-cü ildə Parisdə xərçəngdən dünyasını dəyişdi.  O qədər optimist idi ki, xəstələndiyi zamanlarda da, ümidini itirməyib, “çox yaxşıyam, aslan kimiyəm” deyirdi əzab çəkməsinə baxmayaraq.  

“Nə rəsmin romana, nə də romanın rəsmə ehtiyacı var” desə də, Dino Yaşar Kamalın “Dəniz küsdü” və “İlanı öldürsələr” adlı romanlarını, İlham Bekirin “Unutdum” və Melih Cevdet

Andayın “Tanıdığım dünya” adlı şeir kitablarına rəsmlər çəkib.

Abidinin işlərinin maraqlı tərəfi, ətrafında gördüyü əşyaları bir toxunuşla sənətə çevirə bilməsidi. Həmin an ətrafında nə varsa dəyərləndirir, köhnə zərf, kibrit qutusu, kül qabı, ya qaya parçası – fərq etmir. Dino “Enqrə Hörmət” (Ingres’e saygı) əsərini Jan Dominik Eqrin “Türk hamamı” əsərinə təşəkkür olaraq çəkmişdir. Hamamda qadınları təsvir edən bu rəsmlə Abidinin rəsmini yanaşı qoyduqda görürsən ki, əslində, tamam fərqli şeylər təsvir olunsa da, iki rəsm bir birinə çox bənzəyir. Barmaqlar kombinasiyası şəklində olan bu rəsmdə də digər əsərlərindəki kimi Pikassonun və kubizmin təsiri görünür.2

 

Rəssam : Abidin Dino (1913-1993)

Rəsmin Adı : Enqrə Hörmət

Saxlandığı yer : Şəxsi kolleksiya

 

         Abidin Dino bütün həyatı boyunca “Əllər və barmaqlar” çəkib. Çox gözəl əllərə, həm də bənzərsiz əl yazısına sahib imiş Dino. Oxşayan əl, Yaradıcı əl, Sevən el, Qışqıran əl, Danışan əl kimi minlərcə əl şəkilləri… Bu rəsmlərə onun avtoportreləri olaraq da baxa bilərik.

 

 

 

 

 

 

 

 “Əl”

 3

“Əl və iynə dəliyi”

4

“Uzun yürüş”

5

“İşgəncə”

6

“Mutluluğun Rəsmi”, Nazim Hikmət və Abidin Dino 

7

Qəribə bir heyakəsi var Abidin Dinonun “Mutluluğunun”. İllər boyu Abidin Dinon “Mutluluğun Rəsmi” deyə tanınan əsərin sonralar Dianne Dengelə məxsus olduğu ortaya çıxdı. Bəs nə idi əsl “Mutluluğun rəsmi”?  

Nazim Hikmət Kubanı ziyarət etdikdən sonra coşqulu bir şeir yazır, şeirində soruşur: sen mutluluğun resmini yapabilir misin Abidin 

işin kolayına kaçmadan ama gül yanaklı bebesini emziren melek yüzlü anneciğin resmini değil ne de ak örtüde elmaların ne de akvaryumda su kabarcıklarının arasında dolanan kırmızı balığınkini sen mutluluğun resmini yapabilir misin Abidin?”

 Abidin Dino isə suala belə cavab verir:

 Davullar çalsa, zurnalar söyleseydi,

Bağrımıza bassaydık seni Nazım,

Yapardım mutluluğun resmini

 

Ve dolaşsaydık Türkiyeyi

bir baştan bir başa.

Yattığımız yerler müze olmuş,

Sürgün şehirler cennet.

 

işte o zaman Nazım,

Yapardım mutluluğun resmini

Buna da ne tual yeterdi;

ne boya…”

Nazimin bu şeirindən sonra hər reportajda “xoşbəxtliyin rəsmini çəkib çəkmədiyini” soruşmaq bir adət halını aldı. Hətta kitabına rəsmlər çəkdiyi dostu Yaşar Kamal da bu sualla Abidinə ilişirmiş. Dino isə reportajlarının birində bu suala belə cavab verib: “Xoşbəxtliyin yox, amma sevincin rəsmini çəkmişəm. Böyük sevinclər yaşadım.

Təkrar-təkrar yaşadım. Bir ömür boyu Güzinlə yaşamaq xoşbəxtliyin fövqündə yaşamaq deməkdir. Güzin olmasaydı, çoxdan yox olmuşdum”. 

Abidin kiməsə “yox” deməzdi, qarşılaşdığınız zaman dediyi ilk söz “sizin üçün nə qədər darıxdığı” olurdu. Son illərdə başını götürüb qaçanlar Parisə gəlib, Abidini axtarırdı. Hamısı ilə də görüşürdü, ona yaxınlaşmaq, onun dostu olmaq, bir sənəd, bir pasport idi. Abidinə görə isə dostları vətən idi.

“Ustad” jurnalının 3-cü sayından