Senet.az Amerika əsilli Meksikalı yazar Gene D. Matlokun “Ey insanlar, hamınız türksünüz!” kitabından bir hissəni təqdim edir. Qeyd edək ki, “XAN” nəşriyyatında işıq üzü görən bu kitabın redaktoru f.ü.f.d.,dos. Şəmil Sadiq, Türkiyə türkcəsindən dilimizə uyğunlaşdıran isə Sara Sadıqovadır
Aşağıdakı iqtibası Murad Adcının “The Kipchaks – An Ancient History of the Turkic People and the Great Stepe”[1] adlı, ödənişsiz elektron kitabından götürdüm. Qərblilər Hun Attilanın başçılığı altında olan moğol köçərilərinin avropalıların canına necə vəlvələ saldığını və onlar haq-qında bir çox başqa məlumatlar da oxuyublar. O az qala Romanı çökdürmüşdü. Lakin bir zamanlar Avropanı isti-la etmiş hunlar və türklər haqqında yalnız nadir sayda, “çəpərin digər tərəfindən” şüurlu bir tarixi perspektiv əl-də etmək mümkündür. Murad Adcı hamımızı maariflən-dirəcək. Bu kitabda onun sözlərindən çoxsaylı istinadlar gətirəcəyəm. Onun dövrü əhatə edən ödənişsiz kitablarını və satışda olanları oxumağı hamıya tövsiyə edirəm. Türk-lərlə bağlı bir çox faktı öyrəndikləri üçün məyus olmaya-caqlar. Nəhayət, kim olduğumuzu kəşf edirik. Murad Ad-cının kəlmələrinin yenilikləri mənimsəməyə qadir olan oxucuya ehiyacı var.
Qeyd: Adcı türk əsilli Rusiya vətəndaşıdır. Onun kitabını ingiliscəyə tərcümə edən şəxsin təqdirəlayiq bir ingiliscə savadı olsa da, kitab səhvlərlə doludur və nəşrə yaxşı hazırlanmayıb. Kitabımın heç bir fəslində bu iqtibasları düzəltmədim, yəni onları tamamilə Murad Adcının internet saytından götürdüyüm formada saxladım. Buna baxmayaraq, Adcının bu önəmli mesajı, insanlığa təsirli olacaq və rahat başa düşülə biləcəkdir.
“Çox sayda – milyardlarla insan türk dilində danışırdı və danışır. Qarlı Yakutiyadan mülayim iqlimli Mərkəzi Avropaya, Sibirdən qızmar Hindistana qədər. Hətta Afri-kada da türk dilinin səsləndiyi yaşayış yerləri vardır. Türk dünyası böyük və qeyri-adidir. Bu dünyada ən çox sayı olanlar türklərdir. Onlar dünyanın hər bir yerində ta-nınan böyük bir ölkədə, Türkiyədə yaşayırlar. Öz xalqı, qədim adət-ənənəsi, yüksək və bənzərsiz mədəniyyəti olan bu millət haqqında minlərlə kitab və məqalə yazıl-mışdır.
Ümumilikdə bir neçə yüz nəfərdən ibarət olan Tofalar haqqında isə, əksinə, çox şey söyləmək olmur. Onlar çox az tanınır. Tənha və sıx Sibir tayqasında, iki-üç kənddə yaşayırlar. Buna baxmayaraq, ən qədim və ən təmiz türk dilini bəlkə də, elə tofalar saxlamışlar. Onların həyatı yüz illər boyu digər qəbilələrlə demək olar ki, heç bir təmas olmadan keçdi. Dillərinə heç bir dil qarışmadı, onu ləkə-ləmədi.
Həqiqətən də, Türk dünyası böyükdür… Çox sirli-dir… Bu dünya bir brilliant kimidir. Onun hər üzü, hər kə-narı bir millətdir. Azərbaycanlılar, altaylılar, balkarlar, başqırdlar, qaqauzlar, qazaqlar, karaimlər, qaraçaylılar, qırğızlar, Krım tatarları, kumuklar, tatarlar, tuvalılar, türkmənlər, uyğurlar, özbəklər, xakaslar, çuvaşlar, şorlar, yakutlar. Hamısını birdən xatırlamaq mümkün deyil.
Türk dünyası onlarla xalqı birləşdirir. Hamısı eyni kökdəndir və hamısı özünəməxsusdur. Fərqli nüanslı səsləri və mənaları olan dilləri də özünəməxsusdur. Bəzən eyni söz ayrı-ayrı cəmiyyətlərdə başqa məna verir. Bu, normaldır. Çünki bunda türk dilinin nəhayətsizliyi, onun heyrət ediləsi sadəliyi və qədimliyi var.
Lakin hər zaman belə olmadı. Vaxtilə, çox qədimdə, türklər hər kəsin anladığı eyni dildə danışırdılar. Təqribən iki min il öncə, dilləri – sadəcə özlərinin anladığı – ləhcələrə (dialektlərə) ayrılmağa başladı. Lakin ortaq dil uzun müddət unudulmadı. Çox uzaqlardan gələn tacirlə-rin toplandıqları bazar və yarmarkalarda, əvvəllər olduğu kimi, bir dildə danışıb, razılığa gəlirdilər.
Bu ortaq dil ədəbiyyat dilinə müxtəlif töhfələr verdi. Şairlər və qiraətçilər bütün Türk dünyası xoşnud olsun deyə, hər kəlməni əsərlərində ustalıqla işlətdilər. Əsgər toplayan, vergi təyin edən dövlət məmurları hələ də ortaq dildə danışırdılar. Bütün dövlətlər həmin dövrdə türkcə danışır və yazırdılar.
Bir türk xalqını digərindən ayıran şey dil deyilmi? “Türk dünyası” olaraq adlandırılan o brilliantın sirri elə dillərinin çox çeşidliliyində deyilmi?
Heyhat! Hər şey çox anlaşılmaz və çətindir.
Görünür, yer üzündə, günü bu gün də Türk olduqlarını bilməyən qövmlər var. Bu məsələdə şübhə yeri yoxdur. Düşmənlər onları əsir aldılar və ölümlə hədələyərək ana dilində danışmağı qadağan etdilər. Beləliklə, insanlar dillərini unutdu. Nəticədə, əcdadlarını və onlara aid olan bütün qədim şeyləri unutdular. Yaddaşsız qəbilələr ola-raq qaldılar; hələ də öz gerçək tarixlərindən xəbərsiz hal-da yaşayırlar.
Təəssüf ki, onlar dünya tarixində elə bu cür də formalaşdılar.
Bu insanlar, əlbəttə ki, qədim zamanlardakı kimi üzdən əcdadlarına (başqa cür olması mümkün deyil) bənzəyirlər. Avstriyalılar və bavariyalılar, bolqarlar və boşnaklar, macarlar və litvalılar, lehlər və saksonlar, serblər və ukraynalılar, çexlər və xorvatlar, burqonlar və katalonlar… – hamısı belədir. Onların yarısından çoxu mavigözlü, sarısaçlıdırlar (eynilə qədim türklər kimi) və heç nə xatır-lamırlar. Bu, olduqca təəccüblüdür. Amerikalılar, ingilis-lər, ermənilər (ərmənlər), gürcülər, ispanlar, italyanlar arasında qohum olduqlarını unudan türklər heç də az de-yil. Və xüsusilə iranlılar, ruslar və fransızlar arasında. On-lar da qədim türklərin xarici görünüşünü mühafizə edə bilmiş və eyni zamanda, hər şeyi unutmuşlar.
Kədərli bir tarixdir. Çox təəssüf ki, hər şeyi bu vəziyyətə özləri gətirdilər. Kədərli, daha doğrusu, təfsilatsız və anlaşıqsız.
Kazaklar (ukraynalılar) bu baxımdan fərqlənirlər. Millət kimi millət deyillər, qəbilə kimi qəbilə. Anlamaq olmur. Bunun əvəzinə bir nağıl uyduraraq, öz gerçək tarixlərini gizlədirlər. Ukraynalıların sanki, zamanın yol ayrıcında azdığı məhz bu məqamda üzə çıxır: Özlərini slav-yan əsilli hesab edirlər, lakin hələ də ana dil türkcəni unutmayıblar. Bəzi Kazaçik kəndlərdə, əvvəllər olduğu kimi, o dildə danışırlar (qovaryat, qutoryat, balakayut). Və hiyləgərcəsinə, onu “ana dili” deyil, “məişət” dili ad-landırırlar.
Mən uzun müddət Türk dünyasının bu qədər az tanınmasının səbəbini anlamağa çalışdım. Bu bir təsadüf idimi? Heç bir dil türkcə kimi bu qədər nüansa, təfərrüata və ləhcəyə (dialektə) malik deyil. İnsanların qanı eyni, əc-dadları eyni, tarixləri eyni, lakin dilləri ayrıdırsa, özləri də ayrı millətlər olurlar. Həqiqətən də, niyə axı?”
Növbəti iqtibas cənab Adcının hələ ruscadan ingiliscəyə tərcümə edilməmiş kitabındandır:
“Coğrafi xəritə, heç də qalın kitabdan az məlumat da-şımayan, əhəmiyyətli tarixi sənəddir. Onu oxumaq la-zımdır: Xalqların böyük köçü xəritədə izlər qoymuşdur. Sonra II-V əsrlərdə məskunlaşma yerinə görə kəndləri, şə-hərləri, son dayanacaqları ilə böyük bir düzənlik ölkə olan Dəşti-Qıpçaq meydana gəlmişdir. Baykaldan Alp dağlarına qədər həmin Bozqır qurşağında türk mədəniy-yəti hakim idi. Avropa o dövrdə Serbiyadan “başlayırdı”. Yüz illər keçdi, o bütünlüklə yox olmuş kimi görünür. La-kin heç nə unudulmadı. Xəritələr isə insanların unutduq-larını xatırlayırlar.
Məsələn, Dəşti-Qıpçaq hüdudları pozulmamışdır. Rusiyada “kurqan” kəlməsi məşhur toponimçi E.M.Murzayevin yazdığı məlumata görə əvvəlcə “sərhəd”, “hü-dud” mənasına gəlirdi. Niyə? Çünki türk torpaqlarını hər şeydən əvvəl kurqanlar ayırırdı, kurqanlardan o tərəfdə başqalarının torpaqları başlayırdı.
“Dəşti-Qıpçağ”ın sərhədləri: şimalda Moskva çayı üzərindən keçirdi, çayın şimal sahili finlərin və uqorların idi, cənubda isə Türklərlə sərhəddə idi. Tək Moskva sərhədləri içində çox az kurqan qrupu məlumdur, əksəriyyə-ti cənub (sağ) sahilindədir. Xüsusilə, türklərin məskun-laşdığı Moskva ətrafında. Qədim türk məhəllələrinin to-ponimikası bunu təsdiqləyir. Məsələn, “Kolomenskoe”-nin, əvvəlki adı “Qollama”dır. Türkcə “qoruma”, “qolla-ma” mənasına gəlir. “Kopotniya” “Uzun ev”dən (yaxud “Uzun ot”), “Kuntsevo”dan “Qorunaq”, ya da “qonaq”-dan gəlir. Bu sözlərin slavyan mənşəli olmadıqları göz önündədir. Və Moskva çayının şimalında kurqan yoxdur. Orada başqa mədəniyyətlərdən olan başqa adamlar yaşa-mışdır və ordakı toponimlərin mənşəyi başqadır, ancaq slavyanca deyil”.
(Matlokun qeydi: İqtibaslarda mötərizə içində gördüyü-nüz qeydlər mənim deyil; ya cənab Adcının, ya da onun tərcü-məçisinin şərhləridir).
Yazıçının qeydi. XII əsrdə sərhədlərin bugünkü kimi dəqiq xətlər formasında olmadığına aydınlıq gətirmək lazımdır. Bütün məsələ qonşuların bərabər ölçüdə pay aldığı geniş bir bölgədən ibarət idi (dialoq, qarşılıqlı hesablaşma və sülh bölgəsi). Moskva çayı, Oka və ona bitişik torpaqlar, köçdən əvvəl slavyanların yarı-sahəsi kimiydi. Bu səbəbdən Türk abidələri finu-qorların abidələri ilə yanaşıdır. Bu, təbiidir. Məsələn, qədim zamanlardan bəri bazarlarıyla məşhur olan Nijniy Novqoroda, ilk əvvəl türkcədə, bolqarcada rast gəlinir. Bolqar bazarına Avropadan, İrandan tacirlər gəlirdi.
Cənubda, türklərin ölkəsinin İrana çatdığı yerdəki kurqanlar buna şahiddir. Sərhəd, demək olar ki, dəyişmədən qalmışdır. Orada hələ də türklər yaşayır və İran azəriləri adlandırılırlar.
Günü bu gün də Dəşti-Qıpçağın şimal və cənub sərhədləri arasında minlərlə yer adı olduğu kimi türkcə qalmışdır. Məsələn, Moskvada Kremlin qarşısı – sağ sahil “Balçuq” adlanır. Rusca belə bir söz yoxdur. Bu, türkcə “palçıq” deməkdir. O açıq-aşkar türkcə bir toponimdir.
Buna bənzər sonsuz sayda nümunə var. Rusiya səhralarında bir çox şəhərin adı əksərən türk mənşəlidir. Orel “Yuxarı yol”, Tula “Dolu”, Bryansk (Birinci, Bryaneçsk) “Birinci”, Saratov (Saryrau) “Sarı dağ”, Simbirsk (Simbir) isə “yalnız qəbir” … Kashira, Kolomna, Kaluqa, Voronej, Penza, Çelyabinsk, Kurqan. Bu tipli çoxsaylı kəlmə vardır və hər biri qıpçaqların ana vətənləri məsələsindəki unut-qanlıqlarını göstərir.
Xəritələr Qorxunc İvan (İvan Qroznı) və Çar I Pyotrun işğalçı müharibələrinin izlərini qorumuşdur. Rusiyanın qonşu torpaqlar hesabına necə genişləndiyini göstərir. Xəritələr yenidən yazılan xronikalardan təmizlənməyə ça-lışılan qaranlıq tarixi mühafizə edir. Və Avropa xəritələ-rində göstərilən qədim türk məskəni olan “Kipenzaj”ın rus Penzaya, “Şapaşkar”ın Çeboksariyə, “Burununej”in Voronejə, “Saryrau”nun Saratova, “Çelyaba”nın Çelya-binskə çevrilməsinin səbəbi anlaşılan olur.
Türkcə “Uzaq” mənasında “Aleman” deyilirdi. Almaniya adı “Alemania”dan gəlir. Bir çox “german tayfası” mavi gözləri, iri almacıq sümükləri ilə qabarıq biçimdə Qıpçaq görünüşlü idi və runik yazılarında, adətlərində və xalqın yaddaşında da göstərildiyi kimi türkcə danışırdı-lar. Onlar uzaq Altaydan gələn adamlar idi…
Əlbəttə ki, türkcə yer adları Avropa xəritələrində qalmışdır. Bu xəritələrdən bəzi ölkələrin və tayfaların tarixi açıqca oxunur.
Fransa və İtaliya, İngiltərə və Avstriya, Yuqoslaviya və Çexiya əhalisinin bir qisminin də erkən dövr tarixi eyni şəkildədir. Arxivlərdən, təxminən XVI əsrin sonuna kimi türk dillərinin danışıldığı nəticəsi çıxır. Əslində ondan sonra, inkvizisiya məhkəmələri dövründə, Roma Katolik kilsəsi arxivlərin böyük həcmdə “təmizlənməsi”ni təs-diqlədi. Təəccüblüsü isə odur ki, türklərin Mərkəzi Avro-pada yaşadıqlarını iddia etməyə imkan verən də elə bu sənədlərdir.
[1] “Qıpçaqlar, Türklərin və Böyük bozqırın qədim tarixi”.