Dünyaya Harri Potteri hədiyyə edən Coan Roulinq haqqında 10 fakt

17 Baxış

J K Rowling Reads From New Harry Potter Book

 

31 iyulda, XX əsrin əsas kitab qəhrəmanlarından biri, əsrin ədəbiyyatının əsl fenomeni olan Harri Potterin müəllifi Coan Roulinq 54 yaşını tamam edir. Yeri gəlmişkən, sehrli aləm haqqında olan əsərlər Böyük Britaniyanın bütün tarixində ən çox satılan kitablardır. Saqanın dünya tirajı isə 600 milyon nüsxə idi.

 

1. Gələcək yazıçı ilk hekayəsini altı yaşında yazıb: bu, qızılcaya yoluxmuş Rabbit adlı dovşandan bəhs edirdi. O vaxtdan bəri, Roulinqin dediyinə görə, o, çox yazırmış, lakin Harri Potterə qədər heç bir kitabı sona çatdırmayıbmış.

“Yazmağı öyrənmək üçün çox oxumaq lazımdır – yalnız bu kömək edir.”

(C. Roulinq)

2. 1980-ci illərdə “The Smiths” Roulinqin sevimli qrupu idi. Bundan əvvəl isə Harri Potterin gələcək yaradıcısı pank mərhələsində idi – o, “The Clash”i sevirdi.

3. Yazıçının etirafına görə, Harri Potter haqqında olan kitablarından ən sevimli parça “Gizli otaq”ın 12-ci hissəsidir (“Erizidanın güzgüsü”), bundan əlavə, “Alov kuboku” kitabının sonluğu ilə qürur duyur.

4. Roulinq müsahibələrindən birində sevimli xarakterinin Albus Dambldor olduğunu, onu tez-tez yuxusunda gördüyünü söyləyib. Yeri gəlmişkən, Dambldor adının öz hekayəsi var – qədim ingilis dilində “arı” deməkdir və yazıçı onu “professorun dodağı altında necə vızıldadığını” təsəvvür etdiyi üçün seçıb.

“Harri haqqında kitabı bitirdikdən sonra anladım ki, mənim şam yeməyinə getmək istədiyim personaj Dambldordur. Bizim müzakirə etməyə çox mövzumuz var və ondan məsləhət almaqdan xoşbəxtlik hissi duyardım. Düşünürəm ki, həyatdakı hər kəs Dambldorla görüşmək istəyərdi.”

5. Harri Potter haqqında olan dördüncü kitabın 159-cu səhifəsində görünən kanadalı qız Natali MakDonald real qəhrəmandır. Onun anası Roulinqə müraciət edərək, yazıçıdan ciddi xəstə olan Natalini məktubu ilə dəstəkləməsini xahiş edir. Coan, Qriffindor fakültəsindəki qızlardan biri kimi qeyd edərək qızın adını əbədiləşdirmək qərarına gəlir.

6. Roulinq “Rolls-Roys”un mühəndisi Piter Ceyms Roulinq və Enn Volanın ailəsində 31 iyul 1965-ci ildə Qlosterşir qraflığında (İngiltərə) anadan olub. Anası Enn yarıfransız, yarışotlanddır.

7. 1998-ci ildə “Warner Brothers” Coandan ilk iki kitabı ekranlaşdırmaq hüququnu alır. İlk film 2001-ci ilin noyabr ayında işıq üzü görür. Yazıçı filmlərin İngiltərədə və yalnız ingilis aktyorlarının iştirakı ilə çəkilməsini tələb edir.

8. Roulinqin sözlərinə görə, onun sehrli aləmində 11 müxtəlif sehrli məktəb var. Bu məlumat “bütün 11 sehrli məktəbin ən qaranlıq adlı-sanlısı” olan, Şərqi Avropada yerləşən Durmstranq haqqında bir məqalədə aşkar edilib. Bundan əlavə, yazıçı Avropa Sehrli Bobaton Akademiyasını və Yaponiyanın Mahoutokoro sehrli məktəbini də qeyd edib.

9. Roulinqin valideynləri 1964-cü ildə Londondakı Kinqs Kross vağzalında qatarda tanış olublar. Buna görə yazıçı platformanı hekayənin ən mühüm hissələrindən birinə çevirmək qərarına gəlir və bununla o, şəxsi ailə “folkloruna” hörmət göstərmiş olur.

“Mənim üçün, Kinqs Kross çox-çox romantik bir yerdir, ən romantik vağzaldır, yalnız ona görə ki, valideynlərim ilk dəfə burda rastlaşıblar. Mən istəyirdim, Harri, Hoqvartsa qatarla getsin və əlbəttə ki, o, Kinqs Krossdan yola düşməli idi.”

10. Yeniyetmə çağında olanda Roulinqin həmişə xoş təəssüratla xatırladığı, nənəsinin bacısı (“O, mənə klassik filologiyanı və hətta şübhə doğuran biliyə susamaq qaydalarını öyrədirdi”) ona Jessika Mitfordun tərcümeyi-halının köhnə nəşrini hədiyyə edir. Gənc Coan üçün yazıçı, sanki bir örnək olur və nəticədə o, Mitfordun bütün kitablarını oxuyur.

 

Tərcümə etdi: Xanım Anela

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10