Düşüncə və ədəbiyyat – Beytullah Avcı

76 Baxış

s

Senet.az oxucularına Türkiyəli gənc yazar Beytullah Avcının “Düşüncə və ədəbiyyat” yazısını təqdim edir.

Düşüncə lüğət anlamı etibarilə düşünmək feilindən törəyən bir kəlmədir. Həyatın hər anında varlığını hiss etdiyimiz bir söz olduğu üçün də biz insanlar düşüncəsiz  yaşaya bilmərik. Bəs onda nədir düşüncə? Necə olmalıdır? Nə qədər olmalıdır? Hara kimi olmalıdır? Onun doğrusu, ya da yanlışında ölçü nə olmaldıır?

Əslində bu suallar birbaşa fəlsəfə elmi ilə bağlıdır. “Fəlsəfə nədir?” dəyə düşünəndə də “sual vermək” cavabını tapmaq mümkündür. Anlaşılmır. Bəli, fəlsəfə cavab üçün o qədər də tələsmir, o daha çox sualla məşğul olur. Sual vermək, ya da verə bilmək “düşünən” bir beyin varlığından xəbər verir.

Bu nöqtədə üzərində düşünülməyə layiq hər şey, eləcə də fəlsəfə yenə insan üçündür və insanın maraq dairəsinə daxil olur. İnsanın məhsulu olan çox yaxşı şəylər var. Bunlar fəlsəfi olaraq düşüncənin, duyğunun hər rəngindən tutmuş gündəlik havanın necə olacağına qədər bir çox məqamları ehtiva edir. Bu düşüncə və duyğuların ifadəsi, çatdırılması da ədəbiyyatın doğuşunu və vacibliyini göstərir biz insanlara. Onda hər ifadə edilənlər ədəbiyyat sayılır? Əlbəttə, xeyr! Niyə xeyr?

 Burda mühüm bu sual bizi dərin bir yarılmanın eşiyinə gətirib çıxarır. Düşüncəsiz, düşüncə amacı olmayan, düşüncəyə uzaq bir ədəbi mətn mümkün deyildir. Hər düşüncə mətni ədəbidir? Əlbəttə, buna da “xeyr” deyirik. Demək, məhz düşüncə və duyğudan yoğrulan, sənət qayğısıyla sunulan bir mətn ədəbiyyat sayılır. Bu gün Türkiyənin özündə də xüsusilə dünyəvi (sol) kəsim artıq “ədəbiyyat” sözü əvəzinə “yazın” sözündən istifadə edir.

Düşünsəl və lüğəvi mənası olaraq artıq yeni dünya düzənində yaranan formalar və söyləmlər bizi bu nöqtədə yeni bir anlayış axtarışına sövq edir. Türk xalqları ədəbiyyatı, o cümlədən Azərbaycan türk ədəbiyyatı şərqlidir. Əslində bu şərqli olmaq təkcə coğrafi məna kəsb etmir. Sözün düşünsəl anlamında da bu görüş keçərlidir. Klassik, yaxud divan ədəbiyyatı dövrü müəyyən bir estetikanı ehtiva edirdi. Bu günün dünyasında ədəbiyyat mövzu, baxış və mövqe olaraq digər sosial elmlərlə də qarşılıqlı əlaqənin həyati əhəmiyyət daşıdığı sahələrdən biridir. Ədəbi mətn sosial bir baxışı zəruri edirsə, demək, artıq ədəbiyyat sosyologiyasından danışmağın vaxtı çatıb. Hətta bu modern çağda bir mətn üzrə araşdrıma dövrü sona çatıb. Qarşılaşdırmalı oxumalar da qarşılaşdırmalı ədəbiyyat adlı sahənin ortaya çıxmasına əzmin hazırlamışdır.

 Əslində həmin mətnin sosiologiya və ədəbiyyat mənasında bir enerji və estetikası mövcudsa, mətnə fərqli prizmadan yanaşmağı bacaran ədəbiyyatşünaslar orijinal tədqiqatlar ortaya qoyacaqlar. Azərbaycanın yetişdirdiyi ziyalılardan Əhməd Ağaoğlu və onun əsərləri ədəbiyyat sosiologiyası baxımdan da bu gün istər Azərbaycan istərsə başqa türk xalqları ədəbiyyatı üçün çox səciyyəvi özəlliklər daşıyır. Molla Nəsrəddin, Füyuzat, (Osman Yüksəl SƏRDƏNGƏÇTİ) Serdengeçti, Türk edebiyatı, (Necip Fazıl KISAKÜRƏK) Büyük Doğu, (Hüseyin Nihat ATSIZ) Kopuz, Orkun, Atsız Məcmua dərgiləri bu aspektdə yenidən tədqiq olunmalıdır.

KÖŞƏ YAZARLARI
TOP 10