Düşüncələr…

236 Baxış

1Amil Əyyub

Çox vaxt mənə sual verirlər; – Niyə hər zaman bədbin notlara köklənmisən? Bilmirəm nə cavab verim! Özümü o qədər aciz sanıram ki, hətta özümə nifrətim artır. Görəsən məndəmi belə olmalıyam yoxsa bu mənim müsbətimdi və ya əksi? Siqaret çəkməyən,məclisdə içməyən, gecə diskolara getməyən,veyil-veyil qız dalınca düşməyən,bayağı musiqilərə qulaq asmayan gənclərimiz müasir deyilmi? Budurmu bizim gəncliyimiz? Budurmu bizim Avropaya inteqrasiyamız? Qısası iki şərt var ya bu bizim “müasir gənc” adlandırdığımız gənclərin yaşadıqları həyat həyat deyil ya da əksinə. Məncə düzünü zaman göstərəcək. Həyatın enişli-yoxuşlu yolları var. Kimi müəyyən səviyyəyə kiminsə, nəyinsə hesabına çatmış olur,kimi min bir əzab-əziyyət çəkərək müəyyən bir zirvəyə çatır.Amma nə olursa olsun insanın yanında daimi bir silah var o da onun savadıdır.Çünki kiminsə səbəbinə müəyyən səviyyəyə çatan adam fikirləşməlidir ki, bir gün o kimsə gedəcək onda bütün işlər onun boynunda qalacaq. Bax onda ələk çıxır ortaya ələnir, ələnir ələkdən keçir.İnsan nə qədər çox elm,savad əldə etmiş olsa o qədər kamilləşər. Kamil bir insan Allahını sevib onun yolunu tutanlardan olar. Allah da bunun əvəzində düzgün yol və insanları tanımaqda ona kömək olar. Nə olursan ol, kim olursan ol çalış ətrafındakı insanları yaxşı tanı, əgər tanıya bilsən. Çünkü indiki insanların əksəriyyəti göründüyü kimi olmurlar. Əgər ətrafın dayaz düşüncəli,yüngül həyat tərzi sürən insanlardırsa sən heç vaxt həyatda yaxşı mövqe qazana bilməzsən. Mənim babamın bir sözü vardı: – “Kimlə oturub durursansa axırda o olacaqsan”. Əslində çox düzgün və fəlsəfi bir fikirdi hətda deyərdim aksiomadır.

Bu gün əhatəndə olan insan sənin fikrincə yaxşı insanlar ola bilər. Amma fikirləş gör o insanlar cəmiyyətdə, kollektivdə hansı bir hörmət qazanıblar,hansı uğurları var? Bax onda üzə çıxır hər şey. Çox zaman valideyinin vermiş olduğu 40 illik müsbət tərbiyəni övladın düşmüş olduğu mühit bir saatın içində məhv edir. Təbii ki, deyəcəksiniz ki, əgər valideyin yaxşı tərbiyə veribsə niyə o mühitə düşür? Bu saulı verməzdən öncə düşünün,hər kəsin nəfsi, iradəsi möhkəm deyil. Hər kəsin düşüncə tərzi, dünya görüşü dərin deyil. Düşdüyü mühit ona o ankı vəziyyəti elə çatdırmış olurki, həmin şəxs fikirləşir ki, reallıq budur, Amma sonunun nə olacağını heç ağlına belə gətirmir. Məşhur aktyorun bir fikri var – “Sonunu düşünən kahraman olmaz”.  Bilmirəm nə dərəcədə düzgündü, məncə insan sonunu düşünməlidir. Həmişə hər zaman insanın yolu haçalanır, bax savad,dünya görüşü,dərin hafizə,dərin düşüncə insana o anda lazım olur. Həmişə biz yaxşı tərəfi fikirləşirik,amma fikirləşmirik ki, yaxşı onsuzda yaxşıdı. Biz pisi fikirləşməliyik. Nə qədər pislik etməmək üçün çalışsaqda bəzən özümüzdə bilmədən kiməsə pislik etmiş oluruq. Bir gün bu haqda biri mənə sual verdi. –“Dünyada pislik deyilən bir şey varmı?” Daha doğrusu pisliyin kökü varmı?  Bir qədər fikirləşdikdən sonra fikirlərimi çox sadə bir misal üzərində izah etməyə çalışdım. Günəş çıxır və onun şüaları yer üzərinə bərabər yayılır.Bəs hər yerəmi gün şüası düşür? Əlbəttə yox,çünki kölgədə qalan yerlər də var.Bax bu kölgəni yaradan maneəni aradan götürsək orada günəş şüası düşmüş olar.Beləki, günəşin şüası çatmayan yer kölgə olduğu kimi, yaxşılığın da çata bilmədiyi yer pislik olur. Gəlin, yaşadığımız bu qısa zaman kəsiyində pislik etməyəyin. Bu fikirləri beynimdən keçirərkən yadıma 2-ci sinifdə oxuduğum bir nağıl düşdü: “Nurani qoca hər gün şahın yanına gəlir,bu sözləri deyər və əvəzində bəxşiş alıb gedərdi. Yaxşılara yaxşılıq et, pislərə öz pislikləri kifayət edər”. Doğrudanda zaman keçdikcə bu sözün mənasını dərk etdim.

Belə bir söz də var əgər bu həyatda pislik olmasaydı yaxşılığın qədri bilinməzdi.Hardasa bu da doğrudur. Çox zaman yaşamış olduğumuz bu həyatda təzadlı fikirlərlə qarşılaşırıq. Cavab belə verməyə acizlik çəkirəm. Bəzən beynimdə bir sual məni düşündürür. Görəsən bu həyat yaşamağa dəyərmi? Əgər yaşamağa dəyərsə, o zaman yaşamaq üçün əldə tutarlı bir əsas olmalıdır. Hər zaman beynimdən keçirəndə ki, bu dünya kimləri yetirmiş, kimləri aparmış adamın nitqi belə tutulur. Bu gəlib–gedən karvanın sarvanı görəsən heç düşünürmü ki bu karvanı haraya ,hansı mənzilə aparır? Yoxsa o da uzanan bu yolun yolçusudur? Yox, məncə, bu işin bir sonu olmalıdır. Axı hər bir işin bir sonu var, axı hər yüksəlişin bir sonu var. Çox vaxt insanların nitq etiketlərində istifadə etdiyi bir söz var. Düzü bilmirəm nə dərəcədə düzgündür. Sitat: “Əgər bu dünya yaxşı olsaydı dünyaya gələn körpə ağlamazdı.Əgər bu dünya təmiz və pak olsaydı dünyadan köçərkən yuyulmazdıq” (Statın sonu). Görəsən azacıq da olsa gedişatı anlayan, nədən yaranışını və sonunun nə olacağını düşünən insan niyə bu qədər təkəbbürlüdür. Tanrının ona bəxş etmiş olduğu gözəllikləri öz əməyinin nəticəsi sanmış olur. Bəlkə də həqiqətdə bu bir sınaqdı. İnsan dünya üçün yaşamamalıdır. Peğənbmər (s.ə.s) buyurmuşdur. “Dünya üçün elə çalış ki,sanki həmişə yaşayacaqsan, axirət üçün elə çalış ki sanki sabah öləcəksən”. Əslində anlaşılması çətin olmayan bu sözləri eşidərkən çoxumuz “əşşi” deyirik. Hətta bəzilərimiz elə cənnəti də burada sanmış oluruq. Eh dünya, dünya! Yazıq şair bir vaxtlar bu dünyanı “murdar leş” adlandıranda qınaq obyekti oldu, dərisi soyuldu. Amma doğrudan da zamanın sözüdür Nəsiminin fikri. Təhlil olunan fikirlərdən belə nəticə çıxır ki, günahkar dünyadır. Amma əslində dahi M.Arazın dili ilə desək; “İti bazarında atından baha! Mən belə dünyanın nəyindən küsüm?” – fikrinə gəlmiş oluruq. Yaranışı sirlərlə dolu olan bu dünyanı nəyə bənzədirsən? Sualına dahi insanlardan tutmuş siravi şəxslərə kimi hərə bir cavab vermişdir. Əslində nə sənin,nə mənim,nə də heç kimin olan bu dünyanı nağıla,yuxuya kitaba hətta pəncərəyə bənzədənlər də oldu. Özünü bu dünyada qonaq sanan S.Vurğunu,bütün mayasını ondan alan B.Vahabzadə tamamilə təqzib edərək özünü bu dünyada heç kəsin qonaq sanmaması fikrinə gəlmiş olur.

Təbii ki, hər bənzətmənin bir izahı var və bütün bu yanaşmalar özlüyündə hər biri doğrudur. Bu fikirlər içərisində məni düşünməyə vadar edən V.Şekspirin fikri oldu. Şekspir bu dünyanı bir teatra bənzədir. Mən də bu fikrin üzərində dayanaraq bir xeyli düşündüm və bu qənaətə gəldim ki, tamamilə doğrudur. Bu yaşadığımız dünya bir teatrdır. Biz də bu teatrın aktyorlarıyıq. Bu teatrda oynanılan tamaşada hər kəs rol almışdır. Kimi faciəvi, kimi dramatik,kimi romantik və kimi də komik. Bu aktyorların oynamış olduğu rolun qısa və uzunluğu şərt deyil,oynanılmış olan rolun yaddaşlarda qalması şərtdir. Bir az fikirləşib daha dərinə getsək əsas şərt müsbət bir obraz olaraq yaddaşlarda qalmaqdır. Bir gün bu haqda bir yaxın yoldaşa danışanda mənə bir sual Verdi: “Əgər bu dünya bir teatrdırsa,yaşadıqlarımız bir tamaşadırsa bu tamaşanın tamaşaçısı hanı,ümumiyyətlə varmı?” Bu sual məni düşünməyə vadar etdi. Bir qədər düşündükdən sonra cavabım çox sadə və anlaşılması çətin olmayan bir şəkildə oldu. Bəli var! Oynamış olduğumuz bu tamaşada tamaşaçıdan gizli heç nə qalmır. Ümumiyyətlə hər hansı tamaşada hansısa bir epizod tamaşaçıdan gizli qala bilərmi? Məncə yox. Hətta insanın oynamış olduğu bu tamaşanın ssenarisi çox dəqiqliyi ilə yazılmış olur və insanın “əməl dəftəri” deyilən bir şey var,bax sənin ssenarin orada dəqiq və düzgün yazılmışdır. Bütün bu dediklərimizi ağılla fikirləşsək özlüyündə tam doğrudur. Yenə vurğulayıram ki, ağılla fikirləşsən! Ağıl heç vaxt insanı aldada bilməz. Ancaq ağılın dediyini ürək, nəfs təsdiqləməyəndə bu olur fəlakət. Həmişə, hər zaman bir çətinə, dara düşəndə – “Allahım bu işə özün rəvac ver” deyirik. Amma işimiz hasil olanda çox vaxt adi bir “şükr” duasını dilimizə belə gətirmirik. Görəsən niyə bizə lazım olan dəyərlərimizi qoruya bilmirik. Fikirləşsək ki, dəyərli varlıqlara, insanlara dəyər vermək elə həmin insanın öz dəyərindən xəbər vermiş olur. Çox vaxt ətrafımızda olan insanlar dəyər verərkən lazım olan kriteryaları unuduruq, ya dəyər verdiyimiz insanın puluna,ya xarici görkəminə görə olur. Bununlada özümüzü ucuzlaşdırmış oluruq. Hətta bəzən bir insana dəyərindən artıq dəyər vermiş oluruq. Bir söz var deyirlər 5 qəpiklik insana 10 qəpik vermə, çünki vaxt gələr artıq vermiş olduğun o 5 qəpiyə səni satmış olar. Fikirləşmirik ki, insanın daxili aləmi deyilən bir aləm var, bax əsl dəyərli olan odur.

Düzdür, ola bilər ki, xarici aləmlə daxili aləm bir-birini tamamlasın. Amma bu sənə əsas vermir ki, hər gözəl gözəldir sterotipinə (fikrinə) gələsən. Bu yaxınlarda paylaşım sayıtlarından birində bir şer oxudum. Çox təəssüf ki, müəllifi qeyd olunmamışdır. Amma çox doğru olaraq qeyd edilmişdir ki, “Aldanma insanın gözəlliyinə, Gözəllik insanın daxilindədir. Xarici olsada parlaq bir ulduz, Daxili bəlkə də zülmət gecədir”. Bu sözləri yazmaqla fikrim xarici görkəmi gözəl olan insanları pisləmək deyil və bu qənaətə gəlmək olmaz ki, zahiri gözəl olan kəs pis adamdır. Yox, əsla elə deyil, çünki əgər hər xarici görkəmcə gözəl olan pis insan olsaydı, o zaman zahiri gözəllik bir aldatma vasitəsi olmazdır. Qısası mənim fikirimcə insan əldə tutulmuş bir badədir. O badənin üzərindəki naxışlar gözəl ola bilər, amma o badənin içindəki şərbətmi, yoxsa acı bir zəhərmi olmasini içərkən bilərik.

Bölmə : Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10