Düyün

65 Baxış

rufetRüfət Əhmədzadə

 

Lax çıxmısan taleyin bütün

sınaqlarından,

İndi verdiyin dərslərin

hamısından “iki”n var.

Xatirədən danışma, acizliyin

görünər…

Xəyallarından söz aç,

barı buna gücün var?

Gücün varmı geridə yanan

bir liman qoyub

Sadəcə arzuların qoynuna

atılmağa?

Unutmusan bir sözə yanına

gələnləri…

Bəs bir söz dinləmədən

gedəni unutmağa?

Məsələn, bir xatirə yaman

incidir səni…

Deməyə də utanır adam, nə

gülməlidir…

Sadəcə yola salıb uğurlaya

bilərdi,

“Daha ayrılaq” deyib

oğurlamağı seçdi.

Rahatlığını aldı, yollarını

doladı…

Hara getdinsə onun saçlarına

ilişdin.

Bütün yollar necə də calanıb

bir-birinə,

Bütün illər necə də oxşayır

bircə günə…

O bir sözü yüz dəfə deyə

bilərdin, amma,

Yol o yoldur, o mənzil həminki

deyil axı…

O mənzildə gözləyən yoxdu

səni, bilirsən…

Hələ dilənçi kimi qapısını

döyürsən.

İçəridən səs gəlir, həmin o şən

qəhqəhə…

Amma sənin səsinə səs verən

olmayacaq.

Nə itin azıb axı, sənin bu

xarabada?

Yarı yolda yorulub yıxılsaydın,

a kişi!…

Yoxsa ki…

Yoxsa ki, özgəsinin

xoşbəxtliyini hər gün

Bir açar deşiyindən izləməkdi

xatirə?

Bəlkə də, “özgəsiylə

bədbəxtliyini görüm”

Arzusunu yaşadıb bəsləməkdi

xatirə!

Lax çıxmısan taleyin

bütün sınaqlarından…

Yazdığın şeirlərin hamısında

düyün var.

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10