Edqar Alan Ponun şeirləri

51 Baxış

edqarSenet.az Ayşə Nəbinin tərcüməsində Edqar Alan Ponun şeirlərini təqdim edir:

Tapmaca

Müdrik qraf urak dedi bir dəfə:

“Çətindir sonetdə tapmaq bir fikir!

Çox vaxt yazar üçün o əyləncədir,

Gətirin işığa tutaq biz onu.

 

Zərifdir o qadın örpəyi kimi,

Salır o üzlərə kölgəyini.

Başqa şair isə fərqli düşünür:

Nala-mıxa vurur, o heçdir deyir,

Şerin mənası bir zibil deyil”.

 

D’Urak haqlıdır,

küfrdür “Petrarkın cəfəngiyyatı”.

O bir boş, mənasız söz yığınıdır,

Eləcə vururlar, sanki laqqırtı.

 

Budur mən yazıram öz cavabımı,

Tapıram mənalı deyilməmiş söz.

Qoyuram adını öz sevgilimin

Məna çələnginin çiçək yerinə.

 

 

 

Helenə

Helen, sənin gözəlliyin

O balıq qoxulu dəniz üstündən

Yorğun yolçu kimi şütüyüb gedən

Naykın yelkənidir keçmiş günlərdən.

 

Kədər dənizində qərq olanda mən

O sünbül saçların, solğun bənizin,

O su pərisi tək həzincə səsin

Doğma xəyallara qaytardı məni,

Əbədi gözəllik o Elladaya,

Qaytardı Romanın əzəmətini.

 

Almaz pəncərənin önündə durub

Çırparaq o zərif qanadlarını

Alıb əllərinə yanan o çırağı

Ey ağıl,

Müqəddəs yuxuya tərk etmə məni.

 

 

 

 

 

 

Bölmə : Manşet