Ejen İoneskonun “Stullar” əsəri “Zəfər” studiyasının səhnəsində

13 Baxış

1484136524143051429_1000x669

 

Yanvarın 16-da Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına “Zəfər” studiyasının səhnəsində məşhur dramaturq Ejen İoneskonun “Stullar” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Teatr Xadimləri İttifaqından Senet.az-a bildirilib ki, üç personajın rol aldığı səhnə əsəri rejissor İlkin Mehdiyevin quruluşunda təqdim olunacaq. Faciə janrında olan tamaşada xalq artistləri Rafiq Əzimov və Həmidə Ömərova da rol alıblar.

Tamaşanın bədii rəhbəri Xalq Artisti Azərpaşa Nemətovdur. Səhnə əsərində iki uğursuz insanın həyat tərzi, yaşam tarixçəsi canlanır. Tamaşanın qəhrəmanı olan iki qarı və qoca reallıqda yaşamır, uğursuz həyatlarına rəng qatmaq istəyində çırpınırlar. Tamaşa davam etdiyi müddətdə səhnədə saysız-hesabsız stullar dayanır. Heç kəsin əyləşmədiyi stullar bir predmetə deyil, tamaşanın qəhrəmanına çevrilir. Məhz tamaşanı canlı edən də bu stullardır. Tənhalıqlarını unutmaq üçün qarı və qoca bir oyun fikirləşərək hər gün evlərinə xəyali qonaqlar dəvət edirlər.

Qeyd edək ki, maraqlı səhnə əsərinin əsas məğzini insanın həyatdan bezməsi və tənha otaqda qalan iki yaşlı adamın son vidası təşkil edir.

KÖŞƏ YAZARLARI
TOP 10