El şairi vəfat etdi

40 Baxış

serrafTanınmış şair Sərraf Şiruyə gecə saatlarında dünyasını dəyişib. Bu barədə Senet.az-a mərhumun yaxınları məlumat verib.

Sərraf Şiruyə uzun müddət davam edən ağciyər xərçəngindən müalicə alırdı. Dəfn mərasimi bu gün saat 12-də Bərdə rayonunda keçiriləcək.

Qeyd edək ki, S. Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunda Daşkənd kəndində şair ailəsində anadan olub.  1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra uzun müddət Yeni Daşkənd kəndində müəllim kimi çalışıb. 1992-1996-cı illərdə döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərib.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm”, “Məmməd Araz” və “H.B.Zərdabi” mükafatları laureatıdır.

Allah rəhmət etsin!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10