Elbrus Orucov – “İrqçilik”

158 Baxış

elbrus Orucovİrq Nədir?

İrqçiliyi izah etmək və anlamaq üçün irqin nə olduğunu qısaca ifadə etmək lazımdır. Ən sadə tərifi “İnsan cinsinin müəyyən növlərinə irq deyilir.” Belə olmaqla birlikdə indiki vaxtda irq mövzusunu hər millət və hətta hər yazar müxtəlif istiqamətlərdən ələ alaraq təsvir edirlər. Kimiləri irqləri qara-ağ və sarı deyə rənglərə görə; kimiləri dolikosefal, brakisefal, mezosefal deyə kəllə quruluşuna görə; kimiləri də yaşanan bölgələrə, yəni coğrafi bölgələrə görə təsnif edirlər. Amma ümumiyyətlə dünyada artıq saf irqin mövcud olmadığını, bütün insan irqlərinin müxtəlif səbəblərlə qarışaraq orjinallığını itirdiklərini irəliyə sürərlər. Bu iddiaların qismən gerçək olduğu qəbul edilə bilər. Məsələn: İsveçrədə Alman fransız və İtalyanlar  birliklər halında yaşayırlar. Amerika cəmiyyətinin Avropadakı müxtəlif irqlərə mənsub insanlardan meydana gəlmiş olduğunu bilirik. Həmçinin Rusiyada, Çində, keçmiş Yuqoslaviyada  və daha bəzi ölkələrdə müxtəlif irqlərə mənsub icmalar bir yerdə yaşayırlar. Bunların bir-birləriylə qaynaşmalarını  bir tərəfə buraxın bu ölkələrdə birlik və bərabərliyi təmin etmək üçün irqdən bəhsedilməməlidir. Çünki, bəhsedilərsə o cəmiyyətdə birlik və bərabərlik pozular. Təbiidir ki, bu kimi ölkələr irqçilik görüşünə qarşı olacaq.

Antropologiyada dəyişdirilməz bir qayda vardır: azlıqda olan irqlər əksəriyyətdə olan irqlərin içində əriyər və yoxolar… Türklər İrana və ordanda Qafqaz və  Anadoluya gəlib yerləşməyə başladıqlarından etibarən yerli xalqlara nisbətlə daima əksəriyyətdə olmuşlar. Buna görə də azlıqda olan yerli xalqların irqi varlığı zamanla yoxolmuş, ortada yalnız Türk irqinin xüsusiyyəti və saflığı qalmışdır … Yüz illər boyu içimizdə yaşamaqda olan bəzi azlıqların bu gün belə varlıqlarını mühafizə etməkdə olmaları bunun açıq bir dəlilidir.

Bəzən biz türk deyilik Qafqazlıyıq deyilir.Bu mövzularda məlumatı qıt olan kəslər ilə qəsdən : “Elədir də, Azərbaycan insanındaki bu müxtəlif görünüşün səbəbi nədir? Bu müxtəliflik bir irq qarışması qəbul edilə bilməzmi? “Deyərək beyinləri bulandırmaq istəyərlər. Halbuki gerçək belədir: Bilindiyi kimi Türklər Qafqaza Orta Asiyadan gəlmişdir. Orta Asiyada yaşamaqda olan Özbək, Qazaq, Qırğız, Uyğur və bənzəri bir çox türk xalqının  saç və göz rəngləri, hətta bədən quruluşu ilə üz görünüşləri çox müxtəlifdir. Bu günkü elm insanların yaşadıqları bölgədəki iqlimin, yeyilən qidaların və yaşanan həyat şərtlərinin insan bədənində böyük dəyişikliklər etdiyini ortaya qoymuşdur. Orta Asiyanın çox dəyişik iqlim və həyat şərtlərində dağınıq halda olan Türklərdə ki  bu fərqlilik normaldır. Bu səbəbdəndir ki, Azərbaycan Türkünün dəyişik görünüşü əsla irqinin qarışıqlılığından irəliyə gəlmiş deyil …

İrqçilik

İndi gələk irqçiliyin nə olub olmadığına …

Qısa təriflə belə deyə bilərik ki :”Bir kimsənin mənsubu olduğu irqini (nəslini) sevməsi, bunun şüurunda olması, irqinin üstün xüsusiyyətlərə sahib olduğu inancında olmasıdır…

Düşünək. Şübhəsiz ki, hər insan özünü bəyənər və digər insanlardan üstün xüsusiyyətləri  olduğunu qəbul edər. İnsanoğlu əgər belə düşünməmiş olsa, o insanın yaşamaq istəməsinin, həyatda bir şeylər etməsinin mənası qalmazdı və hətta belə bir kimsənin intihar etməsi belə normal olmazdı. İnsan üçün bu belədir , tək-tək insanların meydana gətirdiyi bir cəmiyyət, bir millət öz irqini və nəslini bəyənəməklik edə bilər mi? Və, milliyyətçilik fikrinin təməl dirəyi bu düşüncə və görüş deyilmi? .. Və bu nöqtədə ağıla belə bir sual gələ bilər: “Madam belədir , irqçiliyə niyə qarşı çıxılır, ? .. Əsasən mənim üzərində duracağım mövzunun böyük və əsas hissəsini də bu cavab təşkil edəcək.

İrqçiliyə qarşı çıxmanın iki əsas səbəbi vardır:

1-      Əvvəlcə Mədəniyyət baxımından irəli görülən və digər millətlərə mədəniyyətləri başda olmaq üzrə müxtəlif yollarla hakim millətlərin xeyli çoxu üçün irq və irqçilik, həqiqətən təhlükəli görüşlərdir. Məsələn, yuxarıda adlarını qeyd etdiyim İsveçrə, Rusiya, Çin, İngiltərə kimi daha çox millətlərin yaşadığı ölkələrdə irq anlamı o qədərdə dərin məna kəsb etmir . Əgər əksi olar və irqçilik edilərsə bu ölkələr və o ölkədə yaşayan digər millətlər üçün irqçilik təhlükəlidir; cəmiyyətdə ayrılıq və bölünmələrə səbəb ola bilər. Belə olduğu üçündür ki, bu ölkələrdə yaşayanlar irqçiliyin qarşısını alırlar.

2-      Hitler dövrü Almanya’sında “üstün irq” nəzəriyyəsindən hərəkətlə Yəhudi millətinə qarşı bir soyqırımı edilmişdir və bunda  olduqca irəliyə gedilmişdir.Və bu səbədəndə irqçiliyin gələcəkdə də belə bir təhlükə yaşadacağında qorxulmaqdadır.

 

Halbuki  Hitler Almanyasındakı sözü edilən davranışlar da, Amerikadakı zənci düşmənliyi da, Cənubi Afrikada Afrika ağdərililərinin  zəncilərə qarşı tutumları da elmi və gerçək mənada irqçilik deyil  irqçiliyin pozulmuş və degenerasiya olmuş bir təzahürüdür! Çox təəsüüf ki bütün bu davranışlar daima irqçilik olaraq adlandırılır …

Türklər tarix səhnəsində gördüklərindən buyana, sərhədləri içindəki azlıqlara heç bir dövrdə nə dillərinə, nə dinlərinə və nə də adətlərinə  qarışmamışlardır. Hər azınlıq azad olaraq yaşamışdır. Əgər gerçək belə olmasaydı, altıyüz illik Osmanlı Dövləti yıxıldığında bir Yunanıstan, bir Bolqarıstan, bir Yogoslavya, bir İraq, bir Suriya v.s dövlətlər qurulardımı?Və ya Səfəvilər heç bir zaman İranda farslara qarşı heç bir irqçilik etməmiş əksinə onları saraylaraq qədər yükslətmişdir.

İrq və milliyyətçilik mövzusunda bu qısa şərhdən sonra indi də Atatürkün irqçi olub olmadığı üzərində qısaca dayanaq …

Və son olaraq Atatürkün gəncliyə xitabəsində dediyi kimi :  “Möhtac olduğun qüdrət, damarlarındakı asil Qanda mövcuddur! ..

Bölmə : Fəlsəfə
KÖŞƏ YAZARLARI
TOP 10