Elbrus Orucov.Təhsil Naziri olsaydım…

2823 Baxış

elbrus orucTəhsil şərtdir sözü artıq bir qəlib kimi formalaşmış və hər kəs bunu sadəcə bir ifadə olaraq işlətməkdə davam edir.

Bir Türk milliyyətçisi olaraq, təhsil naziri olduğumu tez-tez xəyal edirəm. Bu dəfə, Xəyalımdan yazıya çevirim dedim. Bir sekulyar  milliyyətçi gözündən, ətraflıca deyilsə də, ana xəttləriylə “milli təhsil məsələsi” nədir, aşağıdakı sətirlərdə oxuyacaqsınız.

Deyək ki ideoloji olaraq uyğunlaşdığım bir hökümətdə Təhsil Naziri postunu tutdum . İlk hədəfim, tarix təhsili olardı. Tarixi, bir bütün olaraq, müqayisəli metodla oxudardım. Sözgəlişi bizlər Orta Asiyada ikən, Avropada nə vardı? Ərəb coğrafiyası nə vəziyyətdə? Elə ya, Orxan abidələrində, xalqın milli şüur göstərərək, üstəlik öz bəyləri “Çinliləşməəe” başladığı halda, “xaqanlığı budun idim, Xaqanın indi hani? Dövləti budun idim, dövlətim indi hani?” deyərək “Çin xaqanına yağı olduğu” izah edilərdi. Bu iki səbəbdən əhəmiyyətlidir: Bir millət şüurunun Türklərdə az qala bütün dünya xalqlarından əvvəl meydana gəldiyinə bir işarədir. İkincisi, Orxann abidələrində istifadə edilən dil, millətə hesab verən xaqan fiquru, deyimlər, ortaya qoyulan hörgü, Türklərin bozqırın bağrında bir “yüksək mədəniyyət” yaratdığının dəlilidir. Və bunu öyrənən uşaq, “qərb həmişə bizdən üstün idi” ya da “bizlər müsəlman oldur əgliləşdik” kimi Türk düşməni, alçaq, irqçi və kompleksli sözlərə aldanmazdı.

Uşağın “özünün nə olduğunu anlaması üçün, haradan gəldiyini və” ətraf “ilə qarlılıqlı təsirini başında yerli yerinə oturtması lazımdır. Türklərin tarixdə ortaya çıxışlarından bu yana macəraları, uşağa bunu öyrədəcək. Bunun yanında, tarixin ən çox mədəniyyət və coğrafiya ilə ünsiyyət quran, buna baxmayaraq assimilyasiya olmadan, üstəlik assimilyasiya edərək var olmağa davam edən bir millətinin uşağı olduğunu idrak etdiyində, o təhsili alan uşağın üfüqü genişləyəcək, özünü səfil, kiçik bir dünyaya həbsetməyəcək, Asiyanın geniş Bozqırı qədər əngin bir üfüqə sahib olacaq. Belə bir uşaq, kiçik siyasətçilərin günlük siyasətlərinə aldanmaz, universal baxmağı öyrənər. Elə , “kün tuğ bolgıl kök kurıkan” yəni “Günəş tuğ olsun, göy çadır” deyən Oğuz Xaqanı öyrənəcək, universal baxışın, onu var edən arxaplandakı əsrləri  hiss edəcək.

Tarix və ədəbiyyat dərslərində, Divan-ı Lügəti’t-Türk, Kutadgu Bilig kimi əsərlərə “toxunaraq keçməz”, onlara ciddi iş ayrılmasına çalışardım. Çünki, məsələn Kutadgu Bilig, Platonun dövləti köhnə Hellen sivilizasiyası üçün nə isə, Machiavellinin Prensə orta əsrlərdən  sonra kı Avropa da qəbulu üçün nə isə, bizim üçün sibernetik cəhətdən odur. Bu adları qəribə, məzmunları tanış kitabların nə izah etdiyini bir dəfə anlayan uşaq, əvvəli və sonrası bir psiliklərin  pəncəsinə bilməz, bir yüksək mədəniyyətin varisi olduğunu bilər və eyni dərsi təkrar təkrar oxumaq, təkrar təkrar səfilləşmək  məcburiyyətində qalmaz. Hazırlaqlarda gənclyiini həba etməz…

Mütləq bir “Türk dilləri dərsi” qoyardım. Qıpçaq və Çağatay qrupu Türk dillərini (ya da bir görüşə görə ləhcələrini) öyrədərdim. Çünki, bu dilləri öyrənmək üçün qrammatika öyrənməyə demək olar ki, ehtiyac yoxdur, bizdəki istifadə tezliyi az olan, ya da artıq aradan qalxmış olan söz və əlavələr ilə, bizdəki sözlərin bir az fərqli tələffüz edilən versiyalarını öyrənməniz kafi olur. Bu sayədə, Türk uşağı, çox az bir səylə, Mancuriyadan Macarıstana uzanan bir coğrafiyanın insanları həmhal olan vasitələrlə təchiz olur. Yenə bu, bu şanslı uşağın, geniş bir üfüq əldə etməsini xidmət edər.

Təkamül nəzəriyyəsini yalnız biologiya dərsinə deyil, bütün dərslərə yayılacaq şəkildə dərs proqramına əlavə edərdim. Çünki canlı həyatın necə yarandığını açıqlayan nəzəriyyə, təkamül həyatının bütün sahələrinə sirayət edən bir faktdır. Uşaq, mədəniyyətinin necə yarandığını öyrənməli və önünə gələn hər məsələnin “əvvəlini araşdırmaq” və buna əsaslanaraq “sonrasına dair həqiqi təxminlər etmək” vərdişini qazanmalıdır.

Özəlləşmə və uzmanlaşmaya əhəmiyyət verər, yeni təmayüllü liseylər yaradar biologiya-tibb və fizika-mühəndislik olaraq ikiyə ayırardım. Kimya, ortaq bir sahədə olardı. Riyaziyyat təhsili, ədədi-şifahi vs. fərq etmədən məcburi olardı. Riyaziyyatda mövzular əvvəl uzun uzun konseptual olaraq işlənərdi, uşaqlara törəmənin, Integralın nə olduğu uzun uzun izah edilər, daha sonra iş düstura keçərdi. Triqonometriya, klassik koordinat müstəvisində vahid çevrə üzərindən izah edilər, uşaqların mütləq belə təməl və konseptual qisimi yaxşı açıqlanmış hissələrdən dolaşıq hissələrə keçməsi təmin edilirdi. Bütün imtahanlarda, bütün formullara baxmaq sərbəst olardı. Fizikanın, yaranmanın təməl elmi olduğunu uşaqlara mütləq anlatdırar, bütün bu “ədədi” dərslər işlənərkən, trivia növündən tarixi məlumatlar vermək surətiylə uşaqların əlaqəsinin çəkilməsini şərt qoyardım. “Elmi mədəniyyət” anlayışından uzaq olan müəllimləri işdən uzaqlaşdırar hətda həbsxanalara belə atardım.

Unutmamaq lazımdır, əlbəttə, müəllim maaşlarını yüksək tutar, müəllimliyi ağıllı, təchizatlı insanlar üçün cazibədar qılardım.

Universitet və digər təhsil qurumları haqqındada uzun uzadı yazardım təbii ki amma inanmıram ki maraqla oxuyasız fikirlərimi onun üçündə məktəblə bağlı fikirlərimlə yekunlaşdırıram yazımı..

 

Beləykən belə. Hesab edirəm ki, əsla milli təhsil naziri ola bilməyəcəyəm. Amma olsaydım, belə olardum, olduğuma dəyər idi.

 

Bölmə : Araşdırma
KÖŞƏ YAZARLARI
TOP 10