Elbrus Orucov. Öz dilində düşün

120 Baxış

elbrus OrucovXarici dillə deyil, milli dillə təhsil

Dildə, fikirdə, işdə birlik! Deyirdi İsmayıl Qaspıralı

Bu yazını yazmaqda məqsədim  bir qadının mənə söhbət əsnasında  rusca məsəl çekməsindən dolayıdır.Əslində rusca bilməyimə baxmayaraq ikimizində milli mənsubiyyəti eyni olduğumuzdan dolayı və eyni dilin ana dilimiz olduğuna görə “mən rusca bilmirəm xaiş edirəm öz dilimizdə danışın” dedim.Nəysə buyrun yazını oxuya bilərsiz.

Dil, millətə şəxsiyyətini qazandıran və milli varlığını qoruyan ən əhəmiyyətli ünsürdür. Milli dil, milli birliyin infrastrukturunu meydana gətirər. Milli duyğu ilə dil arasında əhəmiyyətli bir bağ vardır. Milli dil, milli mədəniyyəti və bizi biz edən dəyərləri keçmişdən gələcəyə daşıyan ən əhəmiyyətli vasitədir.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra qurucularının ən böyük döyüşü dilimizin yenidən özlüyünə qaytarılması olmuşdur.Və Cümhuriyyətimiz yenidən müstəqil olduqdan sonra Əbülfəz Elçibəy Cümhuriyyətin qurucularının yolunu gedərək dilimizin yenidən özünə qayıtması uğrunda çalışmışdır.

Xarici dillə tədris edilən  təhsilin, bizə beynəlxalq peşə və akademik həyatın qapılarını açacağını iddia edirlər. Bəzi yaxşı niyyətlilər də, “xarici dil tədrisi” ilə “xarici dil təhsili” ni bir-birinə qarışdırdıqları üçün, xarici dillə təhsilə tərəf olurlar

Uzun illər Sovet təhsil sistemində ruscanın hegemonluğu nəticəsində ölkəmizdə ali savadlı insanların böyük bir qisminin öz aralarında hətda ailə daxilində belə rusca danışması  ölkəmizdə hal hazırda böyük problemlərə səbəb olan dil sorununu yaratmışdır.Hal hazırda belə çox təəsüüflər olsun ki ölkəmizdə rusca təhsilə meyil var.

Buna görə, cəmiyyətimizdə illərdir “xarici dil tədrisi mi”, “xarici dillə təhsil mi” mövzusu müzakirə edilir. Hər müzakirə mövzusu kimi bu mövzu da, siyasi və ideoloji zəminə çəkilir. Halbuki mövzu, elmi və pedaqoji zəmində ələ alınmalı, elmi məlumatlarla qiymətləndirilməlidir. Bir dəfə bu müzakirəni edənlər, hər şeydən əvvəl buradakı “təhsil” və “tədris” anlayışlarının funksiyalarının tamamilə bir-birindən fərqli olduğunu göz ardı edirlər. Müəllim (təlim); müəyyən bir məqsədə görə lazım olan məlumatları vermə işidir. Təhsil (tərbiyə) isə, bir insanın cəmiyyət yaşayışına uyğunlaşmasını təmin etmək üçün zəruri bilik, bacarıq və anlayışları əldə etmələri və şəxsiyyətlərini inkişaf etdirmələri üçün edilən işlərə deyilir.

Təhsil və tədris anlayışlarının aralarındakı bu böyük məna fərqinə baxdığımızda edilən müzakirənin nə qədər mənasız olduğu ortaya çıxar. Bizim uşaqlarımızı və gənclərimizi öz cəmiyyət həyatımızın şərtlərinə görə öyrətməyimiz  lazımdır. Atatürk kimi, Gökalp kimi biz də, “yabancılaşmadan müasirləşmə” qanununu mənimsəməliyik. Bunun da yolu, sağlam bir milli dil təhsilindən keçər.

Fərd olmaq, müstəqil düşünməyə bağlıdır. Müstəqil düşüncə, müstəqil dillə təmin edilə bilər. Çünki, dillə düşüncə arasında çox möhkəm bir əlaqə vardır. Dil, fərd olmanın, milli kimlik qazanmanın ilk ünsürüdür. Amma bu dil, xarici bir dil deyil, milli dildir. Başqasının diliylə düşünməyə çalışmaq, o dili danışan insanların düşüncə çərçivəsini, tərzini, infrastrukturunu, mədəniyyətini mənimsəmə nəticəsini doğurur. Bu da, milli kimlikdənn uzaqlaşmağa və özgələşməyə yol açar. Bunun üçün deyirik ki, bir insan ancaq milli diliylə sağlam düşünə bilər.

İnformasiya, kommunikasiya və nəqliyyat sahəsindəki sürətli inkişaflar, dünyamızda sürətli bir dəyişmə və çevrilmə müddətini başlamışdır. Məlumatın sürətlə inkişaf etdiyi və yayıldığı bu “Məlumat çağı” nda, bir “Məlumat cəmiyyəti” halına gələn qloballaşan dünyada, insanlarımızın beynəlxalq əlaqələr qura bilməsi, yaxşı bir və ya bir neçə xarici dil öyrənməyə bağlıdır. Bunlar da, əlaqə qurulacaq ölkələrə görə dəyişkəndir. Lakin, insanımızın qloballaşma böhranı və böhranları arasında milli varlıq və şəxsiyyətlərini qorumaları üçün, xarici dilləri milli dilin önünə keçərməmələri lazımdır.

Dünyanın inkişaf etmiş ölkələrində də xarici dillə təhsil yoxdur. Xarici dillə təhsil, ancaq müstəmləkə və ya işğal altındakı ölkələrdə etibarlı bir təhsil şəklidir. Bu da özü ilə şəxsiyyətsizliyi və əzikliyii gətirir. Ağlımızı başqasının bələdçiliyi olmadan istifadə etməliyik . Xarici dillə verilən təhsillə əslində müəyyən qəliblər və qaydalar xaricində çox bir şey öyrənilməz. Ayrıca xarici dillə təhsil etsək, öz dilimizlə elm edilə qəbul etmiş və dilimizin inkişafını də önləmiş olarıq. Elə isə xarici dil tədrisində necə bir yol izlənilməlidir: İlk və orta təhsildə şagirdlərə yaxşı dərəcədə bir və ya bir neçə xarici dil öğretilmeli, yüksək təhsildə də branşında və sahəsində bir xarici dildən çox ad, sifət, termin və anlayış istifadə edilirsə, yalnız terminologiyanın qazandırılması yoluna gedilməlidir.

Nəticə olaraq deyirəm ki, bir ölkənin elm və təhsil dili, milli dilidir. “Yabancı dil tədrisi” nə sonuna qədər “Bəli!”, “Yabancı dillə təhsil” ə sonuna qədər “Xeyr!” Deyirəm. Şifrəmiz “Xarici dillə təhsil deyil, milli dillə təhsil” olmalıdır. Unutmayaq, “Türkcə bitərsə Azərbaycan, Güneyli Quzeyli bu Vətən bitər”, xarici dillə təhsil bizi qurtara bilməz…

“Türklüğün vicdanı bir

Dini bir, imanı bir;

Fakat hepsi ayrılır

Olmazsa lisanı bir.”

Ziya Gökalp

 

Elbrus Orucov

 

Bölmə : Araşdırma
KÖŞƏ YAZARLARI
TOP 10