Elçin Əfəndiyevin pyesi əsasında film çəkildi

55 Baxış

qatilOktyabrın 21-də Nizami Kino Mərkəzində Xalq Yazıçısı Elçinin eyniadlı pyesi əsasında rejissor Kamran Şahmərdanın lentə aldığı “Qatil” bədii filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi Xalq Yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10