Elçin Əfəndiyevin kitabı Türkiyədə çap olundu

52 Baxış

efendiyevXalq yazıçısı Elçin Əfəndiyevin “Kölgə” adlı kitabı Türkiyənin “Ötüken” nəşriyyatında işıq üzü görüb.

Kitaba müəllifin məşhur “Bayraqdar” və “Kaşeyin taleyi” povestləri, eləcə də son illərdə yazdığı hekayələri daxil edilib.

Nəşriyyat bu əsərlər haqqında yazır: “Elçin digər hekayə və romanlarında olduğu kimi, insanları yalnız təsvir edildikləri anlarda deyil, onların bütün varlıqlarını göstərməyi bacaran yazıçıdır”.

Kitabda müəllifin geniş bioqrafiyası da verilib.

“Kölgə” Elçinin Türkiyədə nəşr olunan iyirmi dördüncü kitabıdır.

 

elcin

 

 

 

 

 

Bölmə : Sənət xəbər