Elçin Aslangilin eksperimental şeirləri

130 Baxış

elcin125Senet.az Elçin Aslangilin eksperimental şeirlərini təqdim edir:

 

Rəhimli və Rəhman olan Allahın adı ilə: 

 

Göylər mənim dilimdən danışar,

Açar bağlayar,

Bağlayar açar,

Deyər:

O, O, O!

 

Yerlər mənim dilimdən danışar,

Dikələr dağ-dağ,

Uzanar yamac-yamac,

Uzanar düz-düz,

Deyər:

- O, O, O!

 

Sular mənim dilimdən danışar,

Enər, qalxar,

Qalxar, enər

Şırıl-şırıl,

Deyər:

- O O O!

 

Ağaclar mənim dilimdən danışar,

Küləklər pıçıldayar ağacların qulaqlarına adımı.

Sağa, sola.

Sola, sağa

Vıyyy, vıyyy salam verər,

Deyər:

- O, O, O!

 

AaaMən,

Səssss!

Ooo Mənnnn,

Susss!

BiMənnnn şükr!

Şükür!

Şükr!

 

 

 

ŞAHTiKAN

A.

Şahtikan
Qara gözün kiprikləri şahtikan
Qalxasan yerindən şah-şah
Pırrrrrrrrr
Gördün? – Qalxdı Satrullahdan
Ağdaban ağ yolçu
Qaradaban uçquqqu…

O.

Şahtikan
Qara gözün kiprikləri şahtikan
Enib-qalxar
Xışşşş-xışşşşş
əllərim ağaclar
Dişim dişimə dəyəndə
Cücülər quşlar oxuyar
Şahtikan
sancılanda kor dünyanın sinəsinə
Ufffffffff-deyər göylər də.

U.

Şahtikan
Qara gözün kiprikləri şahtikan
aşiqanın yeddi qatından keçdi
Bir Allah bildi
Bir Allah bildi
Bir Allah bildi
Bir Allah bildi
Bir Allah bildi
Bir Allah bildi
Bir Allah bildi
Qalxanda yerindən şah-şah
Nələr görmədim ki?..

 

SÜNBÜL

Yüz dən,
Yüz barmaq uzağam özümdən.
Sünbül!
Sünbül!

1. ağzı açıq qalmış yoxsul çöllər.
2. xaraba şəhərlərdən köçən qara qarğalar.
3. burdan dərvişlər keçəcək dodaqları cadar-cadar.
4. sərçələr hərdən-bir baş çəkəcək başı daşlı dəyirmanlara.
5.
6.
7.
8.
9.
10.
99.
Heç…
HZ İbrahim,
Gəl indi içimdəki bu oddan keç!

Sünbül! Sünbül!
Tellərini bir-bir saysam,
Gülsəm ya ağlasam,
Üşüsəm isinsəm,
Oxusam bül bül bül bül bül
Güllərə divanə quşlar kimi,
Səsim eşidilərmi?

Yüz işıq dolandı qara dilimin başına
Bir düyün açılmadı
Bu necə məkandı?
Bu hansı zamandı?
Yüz işıq qaranlıq hücrədən keçdi
Barmaqlarım saydı

1. Allah!
2. Allah!
3. Allah!
4. Allah!
5. Allah!
6. Allah!
7. Allah!
8. Allah1
9. Allah!
10. Allah!
11. Allah!
12. Allah!
13. Allah!
14. Allah!
15. Allah!
16. Allah!
17. Allah!
18. Allah!
19. Allah!
20. Allah!
21. Allah!
22. Allah!
23. Allah!
24. Allah!
25. Allah!
26. Allah!
27. Allah!
28. Allah!
29. Allah!
30. Allah!
31. Allah!
32. Allah!
33. Allah!
34. Allah!
35. Allah!
36. Allah!
37. Allah!
38. Allah!
39. Allah!
40. Allah!
41. Allah!
42. Allah!
44. Allah!
45. Allah!
46. Allah!
47. Allah!
48. Allah!
49. Allah!
50. Allah!
51. Allah!
52. Allah!
53. Allah!
54. Allah!
55. Allah!
56. Allah!
57. Allah!
58. Allah!
59. Allah!
60. Allah!
61. Allah!
62. Allah!
63. Allah!
64. Allah!
65. Allah!
66. Allah!
67. Allah!
68. Allah!
69. Allah!
70. Allah!
71. Allah!
72. Allah!
73. Allah!
74. Allah!
75. Allah!
76. Allah!
77. Allah!
78. Allah!
79. Allah!
80. Allah!
81. Allah!
82. Allah!
83. Allah!
84. Allah!
85. Allah!
86. Allah!
87. Allah!
88. Allah!
89. Allah!
90. Allah!
91. Allah!
92. Allah!
93. Allah!
94. Allah!
95. Allah!
96. Allah!
97. Allah!
98. Allah!
99. Allah!

Göylərin üzümə bağlı qapıları nə vaxt açılacaq?

 


XANƏMİR TELMANOĞLU ÜÇÜN

Şair,

Dilim lal sözlərdə yandı
Göz-göz,
Qapqara.
Ağara-ağara hər dan yeri kahamdan
Boylanmazmı bu dünya?

əl-əl yığışıb gedəm vaxtımdan
Və İllah kipriklərimi qaldırıb baxam

Hər dəfə,

Üfləyə-üfləyə
“Şəms” şeirini deyəm –

Pıçhapıç,
Mənim içim yoxdu Şəms…
Səshasəs,

Mənim içim yoxdu Şəms…
Sushasus,
Mənim içim yoxdu Şəms…

Qanadlarını çala-çala quşlar

Tuuu kimi şığıya üstümə,

Dənə gələ.

Xəbərimmi var haaa?!

1 Allah bilir!

2 Yer üzündən göy üzünə.

3 Söz.

4 Kitab.

5 Vaxt.

Alnımızdan oxunacaq…

Şair,

Sözüm sözündən yana

Yana yana tutuşdu da –

1. Mənim içim yoxdu Şəms.

2. Mənim içim yoxdu Şəms.

3. Mənim içim yoxdu Şəms.

4. Mənim içim yoxdu Şəms.

5. Mənim içim yoxdu Şəms.

6. Mənim içim yoxdu Şəms.

7. Mənim içim yoxdu Şəms…

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10