Elçinin “Ədəbi düşüncələr” kitabı işıq üzü gördü

0 Baxış

hg

Dövlət Tərcümə Mərkəzi tərəfindən Azərbaycanın Xalq yazıçısı Elçinin “Ədəbi düşüncələr” kitabı işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzindən Senet.az-a bildirilib ki, “Bir daha “Ədəbi düşüncələr” haqqında”, “Ədəbi düşüncələr” necə yarandı”, “Bəzən istedad gözə görünməz olur”, “Ədəbi düşüncələr”də haqqında bəhs olunan yazıçılar, şəxsiyyətlər, bəzi konkret əsərlər”, “Qeydlər” adlı bölümlərdən ibarət kitabda müəllif ədəbiyyat, mədəniyyət, sənət haqqında düşüncələrini bölüşür, Azərbaycanda və dünyada baş verən ədəbi-mədəni prosesləri, yazıçıların, şairlərin həyat və yaradıcılığını dərindən təhlil edir.

Kitabın redaktoru Yaşar Əliyevdir. Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Bölmə : Ədəbiyyat