Elçinin “Ədəbi düşüncələr”i yenidən nəşr olunub

4 Baxış

hg

Xalq yazıçısı Elçin müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri olduğu kimi, eyni zamanda, görkəmli ədəbiyyatşünas və tənqidçidir.

Onun “Ədəbi düşüncələr”i oxuculara yaxşı tanışdır. Dünya ədəbiyyatı klassiklərinin, eləcə də müasir yazıçıların əsərləri barədə yazılmış qısa esselər yazıçının bəşəri və milli ədəbiyyatla bağlı düşüncələridir. Elçin bəhs etdiyi əsərləri mənəvi dəyərlərə əsaslanaraq, onları müasir elmi-nəzəri səviyyədən mənalandırır. Onun dünyaşöhrətli əsərlər barədə söylədiyi fikirlər, irəli sürdüyü mülahizələr öz orijinallığı və dolğunluğu ilə seçilir. İlk dəfə 2002-ci ildə nəşr edilmiş “Ədəbi düşüncələr” oxucuların da, ədəbi ictimaiyyətin də böyük marağına səbəb olub, xarici dillərə tərcümə edilib. Türkiyədə ayrı-ayrı nəşriyyatlar tərəfindən çap edilmiş “Ədəbi düşüncələr” qardaş ölkənin universitetlərində də öyrənilməkdədir.

Bu günlərdə Azərbaycan Dövlət Tərcümə Mərkəzi “Ədəbi düşüncələr”i nəfis şəkildə yenidən nəşr edib. Müəllif yeni nəşrə yazdığı ön sözdə deyir: “Bu kitaba toplanmış ədəbi qeydlərdə – “esseciklərdə” oxucu yazıçılarla, bədii əsərlərlə, ədəbi hadisələrlə bağlı bir-birindən fərqli fikirlərə, fərqli müqayisələrə, bir-biri ilə üst-üstə düşməyən münasibətlərə, hətta bir-biri ilə zidd mülahizələrə rast gələ bilər və bu, təbiidir, çünki söhbət müxtəlif vaxtlarda (müxtəlif onilliklərdə!) yazılmış yazılardan gedir”.

Kitaba bir sıra yeni esselər də daxil edilib.

Bölmə : Ədəbiyyat
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10