Elçinin “Baş” romanı çap olunub

45 Baxış

4a

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin “Baş” romanı işıq üzü görüb.

Nazirlikdən Senet.az-a bildirilib ki, görkəmli yazıçı, dramaturq Elçinin “Baş” romanındakı hadisələr XVIII əsrin ilk onilliyində, Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqaz tarixinin ən gərgin və mürəkkəb dövründə cərəyan edir. Əsər tarixi roman olmaqla yanaşı, həm psixoloji, həm də bəzi məqamlarda ustalıqla mistik çalarlardan istifadə edilmiş əsərdir.

İlk dəfə 2015-ci ildə çap olunan bu roman artıq bir çox dillərə tərcümə olunub və böyük populyarlıq qazanıb.

“Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalara paylanılacaq.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10