Elçinin “Baş” romanı Moskvada nəşr olunub

8 Baxış

14908597573614021609_1000x669

Xalq Yazıçısı Elçinin ötən il çap olunan “Baş” romanı az bir vaxtda ədəbi hadisəyə çevrilib. Yeni əsər haqqında bir çox məqalələr yazılıb, müzakirələr keçirilib. Roman XIX əsrin əvvəllərində mənşəcə gürcü olan rus generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir. Əsərin süjetini Bakıda Sisianovun öldürülməsi və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr təşkil edir. Geniş əhatə dairəsinə malik olan bu tarixi-fəlsəfi romanda Azərbaycan xanlıqlarında, Gürcüstan, Şimali Qafqaz, Rusiya, İran, Osmanlı İmperiyası, eləcə də Avropada siyasi təlatümlər yüksək sənətkarlıqla əks olunub.

Senet.az xəbər verir ki, bu günlərdə Moskvanın “Xudocestvennaya literatura” nəşriyyatı Azərbaycanın Xalq Yazıçısı Elçinin “Baş” romanını rus dilində nəşr edib. Nəfis şəkildə çap olunmuş kitabın annotasiyasında əsərə və ümumiyyətlə, Elçin yaradıcılığına yüksək qiymət verilir. Romanı rus dilinə A.Mustafazadə tərcümə edib.

“Baş” romanı digər xarici ölkə nəşriyyatlarının da böyük marağına səbəb olub. Bu səbəbdən də hazırda roman Türkiyə, Almaniya, İngiltərə, Gürcüstanda və Moldovada çapa hazırlanır.

KÖŞƏ YAZARLARI
TOP 10