Elif Şafakdan 10 qayda

21 Baxış

elif shafak

Senet.az Elif Şafakın gənc yazarlara 10 məsləhətini təqdim edir:

1. “Yazmaq tənhalığa məxsusdur. Yazıçılıq sosial həyatdan imtina edib, tənha qalacağın saatları, günləri, həftələri, illəri seçməkdir.

2. Yazıçılıq ancaq yazaraq öyrənilə bilər. İstedad, əslində, ümumi işin 12 faizini təşkil edir. İşləmək isə işin 80 faizidir. Qalan 8 faiz bəxt və digər amillərdən asılıdır. Yəni bizdən asılı olmayan şeylərdən.

3. Oxumaq. Həm də bacardığınız qədər çox oxumaq lazımdır. Amma həmişə eyni yazıçıları oxumayın. Çalışın əlinizə nə keçirsə oxuyun.

4. Oxumaq istədiyiniz kitabı yazın. Əgər yazdığınız mətndən zövq alırsınızsa, çox güman ki, insanlar da bu kitabı oxuyanda həmin hissləri keçirəcəklər. Yazıçı ilə hekayəsi arasında bir sevgi yoxdursa, hekayə ilə oxucu arasında da heç bir sevgi olmayacaq.

5. Depressiyaya düşməkdən qorxmayın. Bu yazıçılığın ayrılmaz hissəsidir. Amma depressiyadan həran çıxa biləcəyinizi düşünün.

6.Özünüzə qarşı tənqidi yanaşın. Yazdıqlarınızı silin, dəyişdirin. Səhifələri bütünlüklə cırıb atın. Pis yazı pis münasibət kimidir. Sadəcə olaraq bağlandığınız üçün ona sadiq qalmayın.

7. Amma yazdığınız obrazlara qarşı qəddar olmayın. Heç vaxt onları pisləməyin. Çünki bir yazıçının işi heç də obrazlarını ittiham etmək deyil, onları başa düşüb, insanlara təqdim etməkdir.

8. Heç vaxt yazdığınız romanın mövzusu ilə bağlı danışmayın. Çünki naşiriniz kefinizi pozmaqdan başqa bir iş görməyəcək.

9. Oxucuları, tənqidçiləri yaddan çıxardın. Ümumiyyətlə yazı prosesində hamını unutmaq lazımdır. Hətta yazdığınız məkandan kənarda bir dünyanın olduğunu da yaddan çıxartmalısınız.

10.Əsas qayda isə yuxarıda qeyd etdiyim bütün qaydalara fikir verməyin. Çünki yazmağın heç bir qaydası yoxdur. Bəlkə də yazıçılığın ən yaxşı tərəfi də məhz budur – müstəqil olmaq.

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10