Elm və sənət toplusu “Ozan”nın ilk buraxılışında…

10 Baxış

15126445351088340547_1000x669

Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olan “Ozan” elm və sənət toplusunun birinci buraxılışı işıq üzü görüb.

Bu ildən etibarən ildə bir dəfə buraxılması nəzərdə tutulan və redaksiya heyətində ölkəmizin, eləcə də ABŞ, Türkiyə və Gürcüstanın nüfuzlu elm ocaqlarının tanınmış elm və sənət adamlarının təmsil olunduğu nəşrin baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini isə Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.

Aşıqlar Biliyindən Senet.az-a bildirilib ki, topluda “Aşıq ədəbiyyatının milli və tarixi özəlliyi”, “Bozoxu” havasının tarixi morfologiyasına dair”, “Aşıq bayatıları milli musiqili-poetik intonasiya modeli kimi”, “Aşıq Ələsgərin çap olunmuş kitablarında verilməmiş bir çox şeirləri haqqında”, “Xanəndə və aşıq obrazlarını yaradan Şirzad Hüseynov alman deyil”, “Çıldırlı aşıq Şenliyin həyatı və sənəti”, “Ustad aşıq – zəmanədən gileyli şair”, “Aşıq Nəcəf Göyçəlinin sənət dünyasında dövr və zaman problemi” və digər elmi məqalələr, habelə xəbər xronikaları yer alıb.

Aşıq sənətinin elmi tədqiqi ilə məşğul olanlar, ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə təhsil alan bakalavr və magistrlər, eləcə də, aşıq sənəti, bütövlükdə folklorumuz və adət-ənənələrimizlə, milli mənəvi dəyərlərimizlə maraqlananlar üçün bu toplu qiymətli bir elmi mənbədir.

KÖŞƏ YAZARLARI
TOP 10