Elmi ədəbiyyatımız üçün daha bir tərcümə

20 Baxış

1503404194_20901364_1474354652644951_4990817988569965576_o-1

Hazırda dünya əhalisi 7.5 milyarddır və insan növü fəaliyyəti ilə planetin iqliminə təsir edən, onun qaynaqlarını sonuna qədər istehlak edən və ətraf mühiti, təbiətin özünü bərpa etməsinə imkan tanımadan çirkləndirən yeganə növdür.

Evdard Vilson, yaşayan ən böyük bioloqlardan və bizi gözləyən (bəzi hallarda artıq içərisində olduğumuz) problemlərdən hər bir planet sakinini xilas etməyə çalışan bir alimdir. Qarışqaları öyrənən aparıcı bioloq, sosiobiologiya, biomüxtəliflik, ada biocoğrafiyası nəzəriyyələrinin müəllifi, təbiətin mühafizə edilməsi üçün yorulmadan çalışan aktivistdir.
Onun “Gənc alimə məktublar” əsəri Misirzadə Yayınlarının ilk nəşridir. Əsər Yalçın İslamzadənin məsləhəti və Elmir Misirzadənin təşəbbüsü ilə nəşrə hazırlanıb. 
Tərcüməçi – Aybəniz Həsənova ,Aygün Qurbanlı.
Redaktor və tərtibatçı – Səbuhi Şahmursoy.
Elmi redaktor – Orxan Əmrullayev.
Texniki dəstək və təşkilatçılıq – “Kitabsevərlər” qrupu.
Ümid edirik ki, Vilsonun gənc oxucuları üçün qələmə aldığı bu kitab onları professional bioloq olmağa həvəsləndirəcəyi kimi, özümüzü, insanları, planetimizi və onun problemlərini daha yaxından tanımaq üçün həvəsli biologiya oxucularına da çevirəcək. 

KÖŞƏ YAZARLARI
TOP 10