“Elmi əsərlər” və “Əlyazmalar yanmır” jurnalları çapdan çıxıb

15 Baxış

elmi əsərlər, əlyazmalar yanmırAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclasında Humanitar Elmlər Bölməsinin akademik-katibi, bu elm müəssisəsinin direktoru, akademik Teymur Kərimli yeni “Elmi əsərlər” və “Əlyazmalar yanmır” jurnallarını iştirakçılara təqdim edib.

Jurnallarda filologiya, tarix, fəlsəfə elmləri üzrə məqalələr yer alıb. Bu sahələr üzrə çalışan alimlər, doktorant və dissertantlar öz elmi məqalələrini nəşrin redaksiya heyətinə təqdim edə bilər.

Jurnallar ildə dörd dəfə nəşr olunacaq.