“Elmin ekologiyası” adlı seminar keçirildi – FOTO

15 Baxış

29

Fevralın 2-də “Hədəf” STEM Liseyində Gənclər günü münasibətilə “Elmin ekologiyası” adlı elmi-kütləvi seminar keçirilib. 

Senet.az xəbər verir ki, elmsevərlər təlimdən əvvəl liseydə fəaliyət göstərən İnteraktiv Elm Muzeyinin rəhbəri Elçin Abbasovla görüşdülər. Bu görüşdə Elçin bəy bir-birindən maraqlı təcrübələrini əyani şəkildə nümayiş etdirdi. Gənc elmsevərlərlə göstərdiyi təcrübələrin işləmə mexanizmini müzakirə etdi.

E.Abbasovun sözlərinə görə, muzeydə 100-ə yaxın eksponat var. Direktor nəzərə çatdırıb ki, sözügedən muzey istər uşaqlar, istərsə də digər yaş kateqoriyasnda olan şəxslər üçün elmin populyarlaşdırılması üçün ciddi perspektivlər açır.

Seminar çərçivəsində ekoloq Nurlan Suvarovun “Nikola Teslanın ən maraqlı təcrübələri” adlı təlimi maraqla qarşılanıb.

Ardınca ekoloq Minayə Ələkbərlinin “Ekologiyada ixtiraçıların izi” təlimi dinləyiciərin marağına səbəb olub. M.Ələkbərli alternativ və bərpa olunan enerjidən də söhbət açıb.

Sonda “Hədəf” Nəşrlərinin direktoru, yazıçı Səbuhi Şahmursoy çıxış edərək iştirakçılara minnətdarlığını bildirib. Ətraf mühitin, canlıların qorunmasınının, daha gözəl dünyada yaşaya bilməmizin öz əlimizdə olduğunu diqqətə çatıdırıb.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10