Elxan Ocaqovun doğum günüdür

19 Baxış

Musiqili-Komediya-TeatriBu gün Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqovun doğum günüdür.

O, doğum günüylə bağlı açıqlamasında “Təntənəni xoşlamıram. Ad günümü iş başında keçirəcəyəm” – deyə bildirib.

Qeyd edək ki, E. Ocaqov 1954-cü ildə anadan olub. 1976-cı ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun “Filologiya” fakültəsini fərqlənmə diplomu ilə bitirib. İnstitutu bitirdikdən sonra bir müddət orta məktəbdə müəllim,  1984-1989-cu illər ərzində “Sovet Gürcüstanı” qəzetində xüsusi müxbir işləyib. 1989-cu ildə Bakı Bələdiyyə “Tənqid-Təbliğ” Teatrında direktor müavini, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında sərəncamçı-direktor, 2006-2008-ci illərdə isə direktor əvəzi vəzifəsində çalışıb. Kadrların seçilməsində və yerləşdirilməsində,  istedadlı gənclərin teatra cəlb edilməsində və onlara qayğı və diqqətin artırılmasında, hazırlanan tamaşaların bədii-estetik səviyyəsinin yüksək olmasında, tərtibat işində, kütləvi tədbirlərin uğurla keçirilməsində, teatr sənətinin, milli mədəniyyətin geniş təbliği istiqamətində fəal iştirak edib.

“Şirbalanın məhəbbəti” filminin prodüseri və redaktorudur. 2008-ci il tarixindən Musiqili Teatrda direktor müavini vəzifəsində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür.

 

Senet.az

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10