Elxan Xanəlizadənin “Yol”u “Sürgün”dən keçdi

134 Baxış

Picture10Kitabevim.az kitab marketində Elxan Xanəlizadənin “Sürgün” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimatda KİV nümayəndələri, yazarın qələm dostları, ictimai-siyasi şəxslər iştirak edib. Tədbiri giriş sözü ilə Elxan Xanəlizadə açıb. O, tədbir iştirakçılarına kitab haqqında geniş məlumat verib: “Tədbir iştirakçılarına öz dərin təşəkkürlərimi bildirirəm. “Azərbaycan Kültür Evi” yayınları tərəfindən “Yol” romanım “Sürgün” adı altıda türkcəyə tərcümə edilib. 2000 tirajla işıq üzü görən kitabda bəzi əlavələr edilib. Bu addım türk oxucusunun romanı rahat başa düşməyi üçün atılıb”.

Daha sonra kitabın naşiri Hikmet Elp söz alaraq Elxan Xanəlizadə ilə tanışlığından söz açıb.

Çıxışlardan sonra müəllif oxucuları üçün kitablarını imzalayıb.

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10