Emin Pirinin ilk kitabı təqdim olundu

17 Baxış

Picture2

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda gənc şair Emin Pirinin “Tanrının kölgəsi” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AYB-nin katibi Rəşad Məcid açıb. O, gənc şairə yaradıcılığında uğurlar arzu edib. Daha “AybKitab” layihəsinin rəhbəri Xəyal Rza, tənqidçi Əsəd Cahangir,  “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, şair Oqtay Rza, yazıçı Əyyub Qiyas, şair İbrahim İlyaslı, şair-publisist Elçin Mirzəbəyli, şair-publisist Faiq Balabəyli söz alaraq  çıxış ediblər.

Tədbir imza mərasimi ilə sona çatıb.

Qeyd edək ki, “Tanrının kölgəsi” kitabında müəllifin son dövrlər yazdığı şeirlər yer alıb. Toplunun redaktoru “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsdir.

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10