Aprel ayının 2-də Kitabevim.az mağazasında Həmid Aslanlı və Fariz Əmirlinin birgə yazdığı “Erməniləri yaxşı tanıyaq” kitabının təqdimat mərasimi keçirildi. Təqdimatda bir çox tanınımış ziyalılar, elm və təhsil adamları, şair və yazıçılar iştirak edirdilər. Əvvəlcə tədbirin aparıcısı t.ü.f.d. Elvin Əliyev kitab haqqında və kitabın müəllifləri haqqında məlumat verdi. Kitabın gənc nəsil üçün olduqca əhəmiyyətli bir mənbə olduğunu xatırlatdı. Tədbirdə iştirak edən gənclər adından müəlliflərə təşəkkürünü bildirdi. Sonra müəlliflər Həmid Aslanlı və Fariz Əmirli kitabın yazılma səbəbi və ideyaları haqqında, kitabda yer alan məlumatların yaratdığı xatirələrdən danışdılar. Hər iki müəllif erməni hiyləsi və fitnəkarlığını düzgün qiymətləndirməyi gənclərə tövsiyə etdilər. Tədbir zamanı çıxış edən hər kəs kitabın yazılmasının əhəmiyyətini iştirakçılara ətraflı çatdıra bildilər. Sonda həmmüəlliflər tərəfindən kitab imzalanaraq tədbir iştirakçılarına hədiyyə edildi.
“Qışda vaxtsız açan yabanı güllər…” – Kamilo Pessanyanın şeirləri
01 Mart 2021 24 BaxışSenet.az Portuqaliya ədəbiyyatının simvolizm nəhənglərindən biri Kamilo Pessanyanın
Davamına bax