Ermitaj və Akropol muzeyləri eksponatlarını dəyişdirir

5 Baxış

ermitajRusiyanın Ermitaj muzeyi ilə Yunanıstanın Akropol muzeyi mart ayında öz kolleksiyalarında olan antik eksponatları dəyişdirəcəklər. Bundan sonra Peterburqda Koranın heykəli nümayiş etdiriləcək, Afina sakinləri isə skiflərin qızıldan məhsullarını görə biləcəklər.

Ermitajdan açıqlanan məlumata görə, bu addım Yunanıstan-Rusiya mədəniyyət ili ilə çərçivəsində atılan ilk addım olacaq.kora

Kora- arxaik dövr qədim yunan heykəl tipidir. Koralar adətən ənənəvi geyimdə cavan qız şəklində təsvir olunurlar. Ermitaj muzeyində isə bu qədim yunan qızlarının heykəlləri Roma zalının Antik dünya bölməsində sərgilənəcək.  Koraların bu təsvirləri b.e.ə 520-510-cu illərdə mərmərdən hazırlanıb. Heykəl 1886-cı ildə Erexteyon yaxınlığında Akropoldan tapılıb.

Akropol muzeyində isə Ermitajın şah əsərlərindən nümunələr nümayiş etdiriləcək. Həmin nümunələr Kül-Oba kurqanından tapılmış 3 qızıl yunan-skif əşyası olacaq. Dəyişdiriləcək eksponatlar hər iki ölkənin tarixində özünəməxsus yer tutan nümunələrdir.